Milyarder Jack Ma hesab edir ki, Pekin və Vaşinqton arasında ticarət müharibəsi başqa ölkələr üçün də problem yaradacaq. Çin şirkətləri ABŞ ilə ticarətin qorunması üçün müəssisələri xaricə köçürtməli olacaqlar.
Alibaba Group-un təsisçisi Jack Ma investorların konfransı zamanı ABŞ və Çin arasında ticarət müharibəsinin iki onillik davam edə biləcəyini bildirib, bu barədə məlumatı Reuters yazıb.
Ölkələr arasındakı ticarətdə olan gərginliyin böyük Çin şirkətlərinə çox tez bir zamanda təsir göstərəcəyini qeyd edib. ABŞ-ın təyin etdiyi rüsumları yan keçmək üçün, istehsallarını digər ölkələrə köçürməyə məcbur olacaqlar.
«Siz döyüşü qazana bilərsiniz, ancaq müharibəni uduzacaqsız. Bir çox Çin şirkəti digər ölkələrə keçəcək », – milyarder Hangzhou-da səhmdarlar ilə görüşdə vurğulayıb.
Ma-nın sözlərinə görə hətta Donald Trump istefaya gedəndən sonra belə onun yerinə hakimiyyətə gələcək şəxs, Trumpın siyasətini davam etdirəcək, çünki hər iki ölkə qlobal üstünlük üçün mübarizə aparır. «Bizim ticarətin yeni qaydalarına ehtiyacımız var, biz VTO-nu yeniləməliyik».
Çin, ABŞ ilə ticarət əlaqələrinin modelini Afrika və Cənub-Şərqi Asiya bölgələrinə köçürmək üçün iqtisadiyyatını gücləndirməlidir. « Qısa müddətli perspektivada Çin, ABŞ və Avropadakı işgüzar dairələr narahatlıq içində olacaqlar. Bu uzun müddət davam edəcək. Qısa müddətdə həll yolu tapmaq istəyirsənsə, bu mümkün deyil»-Ma qeyd edib.
Alibaba Group eləcə də digər şirkətlər, iki ölkə arasında artan gərginlikdən asılı olacaq. Lakin eyni zamanda, ticarət gərginliyinin Çin şirkətləri üçün faydalana biləcək misilsiz imkanlar açacağını qeyd etdi.
Keçən həftə Ma, gələcək il Alibaba Qrupunun rəhbəri vəzifəsindən ayrılacağını və təqaüdə çıxacağını açıqladı. Eyni zamanda, şirkətin idarə heyətinin üzvü kimi qalmaq niyyətindədir. Gələn il iş adamı öz səlahiyyətlərini Direktorlar Şurasının üzvü Daniel Zhang-a təhvil verəcək.
Çin və ABŞ arasında münasibətlər, iyun ayında Trumpın, Çin malının ABŞ-a idxalının ümümi dəyəri 50 milyard dollar olduğu halda 25% rüsumun tətbiq olunacağı bəyanatından sonra pisləşib. Belə bir addımı Amerikanın prezidenti Çinin «ədalətsiz ticarət metodları» istifadə etməsiylə əlaqələndirib, həm də Asiya ölkəsinin Vaşinqtondan texnologiya və intelektual mülkiyyəti oğurladığını bildirdib.
Bundan sonra, iki ölkə arasındakı ticarət müharibəsi dövründə malların yeni növlərinə görə rüsumların artırılması bir neçə dəfə olub. Ən son ticarət təhdidi tərəflər arasında bu həftə səsləndirildi. Sentyabrın 18-nə keçən gecə, ABŞ Çin mallarına yeni rüsumların tətbiqi məlum oldu: il sonuna məbləğ 10%, və 2019-ci ildə 25% artacaq. Trump $ 276 milyard dollar dəyərində əlavə rüsumların üçüncü turuna hazır olduğunu vurğulayıb. Pekin $ 200 milyard dəyərində cavab tədbirləri ilə təhdid edərək cavab verib.