Süni zəkanın inkişafı ilə əlaqədar olaraq, gələcəkdə insanlar 12 saatlıq iş həftəsinə keçə bilərlər. Bloomberg xəbər verir ki, bu barədə Alibaba-nın qurucusu Jack Ma, Şanxayda, Tesla-nın yaradıcısı Elon Musk-la birgə iştirak etdiyi süni zəka üzrə ümumdünya konfransındakı çıxışında bildirib. Onun sözlərinə görə, insanlar həftədə üç gün və dörd saat işləyə bilərlər. Bu, texnoloji inkişaf və təhsil sistemindəki islahat sayəsində mümkün olacaq.
Ma bildirib ki, texnologiyanın , yəni məsələn, elektrik enerjisinin inkişafı insanlara karaokedə və əyləncə məkanlarında daha çox vaxt keçirməyə imkan verir. “Süni zəka sayəsində insanların insan olmalarından zövq almaları üçün daha çox vaxtı olacaq” – deyə, o, bildirib.
Təhsil sisteminə gəldikdə isə milyarder deyib ki, növbəti 10-20 il ərzində hər bir insan, ölkə və hökumət bu sahədə islahatlara fikrini cəmləməlidir ki, uşaqlar gələcəkdə həftədə üç gün və hər üç günü dörd saat olmaqla işləyə bilsinlər. “Əgər biz təhsil sistemini dəyişməsək problemlərimiz olacaq” – deyə, Ma sözlərinə əlavə edib.
“Mən işə görə narahat deyiləm. Kompyuterlərin çipi, insanların da ürəyi var.”, Ma deyib. O, hazırki təhsil sistemini köhnə, sənaye dövrü üçün yaradılmış adlandırıb. Onun sözlərinə görə, gələcəkdə maşınlar bəzi sahələrdə insanlara nisbətən daha yaxşı nəticələr göstərəcəklər. Vacib olan təhsil sistemi isə insanları daha yaradıcı etməlidir. Bu məsələdə Elon Musk da Jack-la razılaşıb. O, təhsilin zəif inkişaf etdiyini və mühazirələrinsə daha pis vəziyyətdə olduğunu qeyd edib.