“Jack Daniels“in sahibi 22,4 milyard dollarlıq satınalma təklifini rədd edib.
“Marja” xarici mətbuata istinadən xəbər verir ki, “Svedka Vodka” və “Corona” markalarının sahibi “Constellation Brands” şirkəti, “Jack Daniels”in bağlı olduğu “Brown-Forman” şirkətini satın almaq üçün 22.4 milyard dollar təklif edib.
“Brown-Forman” isə təklifi rədd edib.
CONSTELLATION İSRAR EDİR
“Constellation”ın satınalma məsələsində israr etdiyi və qiyməti artıra biləcəyi açıqlanıb.
ABŞ-IN ƏN BÖYÜKLƏRİNDƏN BİRİDİR
1870-ci ildə qurulan, spirtli içki və şərab sahəsində ABŞ-ın ən böyük şirkətləri arasında yer alan “Brown-Forman”ın səhmlərinin üçdə ikisindən çoxu, şirkətin qurucusu olan Brown ailəsinə aiddir. Ailə daha öncə şirkəti satmağı düşünmədiyini bildirmişdi.
Ancaq şirkətin satışları son dövrdə getdikcə azalır. Son qərarın (rədd etmə) ardından da şirkətin səhmləri 5 faiz düşüb.