Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri İzmirdən Bakıya uçuşlar başlayacaq

İzmirdən Bakıya uçuşlar başlayacaq

125
Paylaş

Cari ilin yay aylarında “Pegasus” aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

Nazir, həmçinin aprelin 22-də “Türk Hava Yolları”nın Ankara-Bakı aviareysini həyata keçirəcəyini də xatırladıb. Bildirib ki, keçən il iki ölkə arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min 533 sərnişin səfər edib. Azərbaycan və Türkiyə arasındakı karqo daşımalarında isə 17 min 527 ton yük daşınıb.