Əsas səhifə Biznes İvanka Trump və həyat yoldaşının 740 milyon dollarlıq sərvəti

İvanka Trump və həyat yoldaşının 740 milyon dollarlıq sərvəti

1343
Paylaş

Amerika’nın 45-ci prezidenti Donald Trumpın qızı Ivanka ilə kürəkəni Jared Kushner’ın toplam sərvətlərinin 740 milyon dollar civarında olduğu ortaya çıxıb.

Verilən yeni açıqlamalarda Ağ evdə qulluq edən 180-ə qədər şəxsin maliyyə məlumatları ictimaiyyətlə paylaşıldı. Beləcə, başda ABŞ prezidentinin qızı Ivanka ilə kürəkəni Kushner olmaq üzərə Trump‘ın yaxın komandasında yer alan baş stratejist Steve Bannon, Milli İqtisadiyyat qurumu başqanı Gary Cohn veTrump‘ın müşavirlərindən Kellyanne Conway‘in gəlirləri və əmlakı ilə bağlı məlumatlar sənədlər əsasında aşkara çıxmış oldu. ‌Yuxarıda adı keçən sənədlərə görə Ivanka ilə Kushner’in keçən ilki gəlirlərinin 195 milyon dollar səviyyəsində olması diqqət çəkir. Trump kimi (Ağ evdəki vəzifəsindən öncə) özü də daşınmaz əmlak sektorunda fəaliyyət göstərən Jared Kushner‘in bu sayədə ciddi bir sərvətə qovuşduğu ifadə edilir.