Əsas səhifə Biznes sahələri Avtomobil «İtalyansayağı soyğun» filmin qəhrəmanı geri qayıdıb

«İtalyansayağı soyğun» filmin qəhrəmanı geri qayıdıb

152
Paylaş

Tarixi Lamborghini modellərinin bərpası üzrə ixtisaslaşmış Polo Storico bölməsi, 1969-cu ildə çəkilmiş «İtalyansayağı soyğun» (The Italian Job) filmində iştirak etmiş Lamborghini Miura kupesini tamamilə bərpa edib. Avtomobil, 2015-ci ildə iki britaniyalı iş adamı tərəfindən aşkar olunana qədər uzun müddət itmiş sayılırdı.

2015-ci ildə britaniyalı iş adamı İen Tirrell Parisdəki əfsanəvi filmdə iştirak etmiş Miura avtomobilinin olduğu raritet avtomobillərin saxlanıldığı gizli anbara baş çəkmək təklifini alıb. Tirrell dostu ilə birlikdə Miura kupesini  alaraq, onu bir sıra sərgilərdə nümayiş etdirib.

Narıncı rəngli Lamborghini Miura P400 filmin başlanğıcında peyda olur: avtomobil Bekkerman rolunun ifaçısı italyan aktyoru Rossano Brazzinin idarəsində Böyük San Bernar (Great St Bernard) aşırımı ilə hərəkət edir. Filmin çəkilişlərində iştirak edən avtomobillərdən biri məhv edilsə də, ikincisi Paramount kinoşirkətində qalıb.

«Italyansayağı soyğun» filminin ekranlara çıxmasından bir neçə il sonra çəkiliş meydançasında iki bənzər avtomobilin olduğu aşkar edilmiş və həyatda qalan Miura kolleksiyaçılar üçün arzuedilən şikara çevrilmişdi. Avtomobilin hazırki sahibi Frits Kayzer bütün şübhələri yox etmək üçün onu Polo Storico bölməsinə verib. Tarixi bölmənin mütəxəssisləri arxiv sənədlərini qaldıraraq tədqiqatlar aparmış və avtomobilləri çəkiliş meydançasına aparan əməkdaşlardan məlumat almışdırlar.

Nəticədə şirkət 3586 şassi nömrəli kupenin «İtalyansayağı soyğun» filmininin başlanğıc səhnəsində göstərilən avtomobil olduğunu rəsmən təsdiq edib.