İtalyansayağı dondurma-kafe

Date:

Paylaş:

Bir işə yeni başlayan müasir sahibkarlar çox vaxt ictimai yerlərdə qidalanma ilə bağlı biznes sahəsinə doğru yönəlirlər. Lakin, bu sahədə hüquqların qorunması orqanından və rəqabət aparanlardan qorxu, tez əldən gedən məhsullarla üzləşmək istəməmək , fəsil faktoru və s. bu kimi səbəblər bir çoxlarının qarşısını kəsir. Lakin elə kafelər var ki, yuxarıda sadalanan faktorların təsir gücünü heçə endirir. Məsələn, buna misal olaraq , italyansayağı bir dondurma-kafenin açılması ola bilər.

Belə ictimai qida biznes- modeli yeni və sadə bir modeldir. Riskləri az, yatırım bərpası isə operativdir. Üstünlüklərindən biri ondan ibarətdir ki, dondurmaların saxlanma müddəti yarım ildən az deyil ( əlbəttə ki, soyuducuda saxlanması şərti ilə). Dondurma-kafe məkanları ən təhlükəsiz ictimai qida yerlərindən biridir. Burada yoxlamalar yalnız gələnlərin şikayəti əsasında və ya çox ciddi bir səbəb olduğu halda aparıla bilər. Fəsil məsələsi  da narahat etmir, belə ki, kafe küçədə deyilsə də, böyük bir əyləncə mərkəzində və ya ticarət kompleksində açılır. Və, ən nəhayət çoxlu insan kütləsi, axı bu soyuq şirin məhsulu böyükdən kiçiyə hamı sevir.

   Yerinin düzgün seçildiyi halda, bu layihənin gəlirliliyinə şübhə etmək olmaz. Bundan başqa mini-kafedə fasiləsiz su təchizatı və kanalizasiya sistemi olmalıdır. Hesablama da çox sadədir. 100 qram dondurmanın ( 2 top ) yopdan satış qiyməti 0,52-0,97 azn arasında dəyişir (ticarət nöqtəsinə çatdırılma hesabı ilə). Belə olan halda satış həcmi 400%-ə çatır! Əgər siz dondurmanı elə yerindəcə hazırlayıb satsaz qiyməti 100 qrama görə 0,37 azn olacaq və bazar həcmi isə 1000% – dək qalxacaq. Əlbəttə ən son halda, “batch freezer” əldə etmək lazım gələ bilər, lakin o da dondurmanı çox tez hazırlayacaq.

İtalyansayağı dondurma-kafe çox perspektivli biznes-layihədir. Doğru həyata keçirildiyi halda  aylıq gəlir 5214 azn ola bilər. Hətta orta gəlirlilik göstəricisində belə yatırım bərpası müddəti altı ayı keçmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...