Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri İtaliyanın iş adamlarının Azərbaycana səfəri gözlənilir

İtaliyanın iş adamlarının Azərbaycana səfəri gözlənilir

32
Paylaş

Martın 8-11-də İtaliyanın Venesiya regionunun iş adamları Azərbaycana səfər edəcəklər.

Bizplus.az xəbər verir ki, Venesiyanın Xarici Ticarət Palatası və Bakıda fəaliyyət göstərən İtaliya Ticarət Komissiyasının birgə təşkilatçılığı ilə keçiriləcək biznes görüşlər çərçivəsində hər iki ölkənin investisiya perspektivləri müzakirə olunacaq. Bundan başqa, maraqlı tərəflərin birbaşa görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, iştirak edən şirkətlər üçün məhsul, bazar əlaqələrinin yoxlanılması da aparılacaq, təklif olunan malların yerli bazara uyğunluğu qiymətləndiriləcəkdir.