Əsas səhifə Xəbərlər İtaliya növbəti dəfə miqrantları qəbul etməyə razı deyil

İtaliya növbəti dəfə miqrantları qəbul etməyə razı deyil

207
Paylaş

İtaliya növbəti dəfə miqrantları qəbul etməyə razı olmayacaq.

“Bizplus.az” “Report”-a stinadən bildirir ki,bu barədə İtaliyanın xarici işlər naziri Entso Moavero Milaneze deyib.

“Avropada qaçaqmalçılar, qeyri-hökumət təşkilatları tərəfindən gətirilən növbəti miqrantların qəbulu ilə bağlı təkliflər səslənir. Bu, böyük problemdir. Məsələn, bu gün İtaliyada əslən Şimali Afrika ölkələrindən olan bir neçə nəfər saxlanılıb və onlardan biri terror fəaliyyətində ittiham olunur”, – italiyalı nazir Varşavada Polşanın daxili işlər naziri Yoahim Brudjinski ilə görüşdən sonra deyib.

O qeyd edib ki, dövlətlər öz sərhədlərini və öz vətəndaşlarını qorumağı bacarmalıdır: “Elə buna görə də nə İtaliya, nə də Polşa miqrasiya üzrə qlobal sazişi imzalamayıb”.

“Nazir kimi, mən heç vaxt növbəti miqrantların qəbul edilməsinə razı olan deyiləm”, – E.Mavero Milaneze söyləyib