Əsas səhifə Biznes Biznes məqalələri IT milyarderlərin qəribə yemək vərdişləri

IT milyarderlərin qəribə yemək vərdişləri

399

Gəlin qəbul edək ki, milyarder insanların şəxsi aşbaz tutmağa və ən yüksək keyfiyyətdə olan sağlam məhsullardan istifadə üçün kifayət qədər pulları var. Amma bu o demək deyil ki, onlar bu imkanlardan istifadə edəcəklər.

Business Insider” nəşri IT sahəsində varlı insanların qidalanma qəribəliklərindən bəhs edib. Bura onların ağlasığmayan pəhriz və qidalanma vərdişləri daxildir.

Bill Qeyts

Məşhur filantrop olan, dünyanı daim daha yaxşı yer etməyə çalışan “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts öz şəxsi qida rasionunu heç də daim yaxşıya doğru dəyişməyi bacarmır. İş burasındadır ki, biznesmen diet colanın dəlisidir və gündə 3-4 banka bu içkidən istifadə edir. Səhər yeməyində o şokoladlı dənəciklər yeyir, amma naharda isə çizburger yeməyə üstünlük verir. “Bill Gates Foundation” şirkətinin direktoru Co Serrell deyir ki, Bill Qeytsin qonağı olan və onunla nahar edəcək şəxs rütbə və vəzifəsindən asılı olmayaq mütləq çizburger yeyəcək.

“Əgər Bill ilə nahar təyin olunubsa, mütləq burger yeyəcəksiniz. Kimsə ona daimi fast food gətirmək üçün restorana göndərilir. Düşünürəm ki, Melinda (Bill Qeytsin həyat yoldaşı) onun evdə çizburger yeməyinə icazə vermir”, – deyə “Telegraph”a müsahibəsində Serrell deyib.

Mark Zuckerberq

“Facebook”un rəhbəri Mark Zuckerberq üçün isə səhər yeməyində nəyin yeyilməsinin elə də əhəmiyyəti yoxdur. O həmin an istədiyi şeyi yeyəcək. O xırda şeylərə vaxt itirməyi sevmir. Amma bu demək deyil ki, Zuckerberq pəhrizi üçün təcrübələr aparmır. Sosial şəbəkənin başçısı 2011-ci ildəki çağırışı ilə məşhurdur. Belə ki, o həmin vaxt demişdi ki, özünün öldürdüyü heyvanlara qida rasionunda üstünlük verəcək. Bu çellenc özündə keçi, donuz, quş, həmçinin xərçəngi birləşdirirdi.

“Twitter”in başçısı Cek Dorsi bir dəfə Zuckerberqin evində qarşılaşdığı dəhşətli xatirədən danışırdı. O deyirdi ki, Markın evinə qonaq gedib, “Facebook”un rəhbəri onun gözlərinin qabağında keçini öldürüb və onu gətirib stolun üstünə qoyub. Həmin gecə onun deyimi ilə o ancaq salat ilə kifayətlənməli olub.

Yeri gəlmişkən o qidalanma üzrə bu qəribə vərdişini “Facebook”da şəxsi səhifəsində də paylaşırdı. Heyvanlara qarşı belə rəftar, əlbəttə ki, bir çox istifadəçidə ona qarşı hiddət oyandırırdı.

Cek Dorsi

Mark Zuckerberqin qidalanma vərdişlərindən narazı qalan, Cek Dorsinin də qəribə qidalanma vərdişləri var. “Twitter”in rəhbəri iş günü ərzində bir dəfə qidalanmağa üstünlük verir. Həftə sonları isə demək olar ki, ac qalır. Dorsinin qidalanması hər axşam, 18:30 və 21:00 arasında baş tutur. Əsasən o, balıq, steyk, toyuğu tərəvəz salatı ilə yeyir. Desertdə isə moruq və tünd şokolada üstünlük verir. “Twitter”in rəhbəri iddia edir ki, belə qidalanma ona “ağılının itiliyini” saxlamağa kömək olur. Amma internet istifadəçiləri isə deyir ki, Cek Dorsidə düzgün qidalanmamağın əlamətləri mövcuddur.

Stiv Cobs

“Apple”in mərhum rəhbəri Stiv Cobs da öz qəribə yemək vərdişləri ilə məşhur idi. Hərdən onun həftə içində diet yeməklərinə yalnız bir, iki məhsul daxil idi. Qalan məhsullara isə demək olar ki, əhəmiyyət vermirdi. Məsələn, bir dəfə o yalnız alma, kök yeyirdi.

Bundan başqa, Cobs bitkilər ilə qidalanmağı da test edirdi. “Alma” şirkətinin təsisçisi deyirdi ki, Veqan Dieti ona bədənini pis iylərdən qorumağa kömək edirdi, ona görə də o əlavə ətirlərdən istifadə etmirdi, yalnız hərdən vanna qəbul edirdi. Bəzən Cobs heç nə yemirdi və deyirdi ki, bu ona “Eyforiya və ekstaz” hissini yaşadır.

İlon Mask

“Tesla”, “SpaceX” şirkətinin rəhbəri İlon Mask həftədə 80-90 saat işləyir, o da gün ərzində yeməyə elə də əhəmiyyət vermir. Mühəndisin sözlərinə görə, o adətən nahar etmir. Amma əgər nahar edərsə, bu yalnız şokolad və kofedən ibarət olur. Maska naharı işgüzar görüşlər zamanı təklif olunanda o onu beş dəqiqə içində yeyir. Onun sözlərinə görə, “Bu çox da faydalı” deyil. Onun şam yeməyi isə çox vaxt işgüzar tədbirlər ilə üst-üstə düşür. İlon Mask deyir ki, belə tədbirlərdə o daha çox, hətta iki nəfərin yeməyini yeyir. Onun sözlərinə görə, o tələbə vaxtı indi heç kəsə tövsiyə etmədiyi qidalar üçün 1 dollar ödəyirdi.

Rəy bildir

Please enter your comment!
Please enter your name here