İtmiş əşyaları tapmaq üçün yaradılan ağıllı təqib cihazı Tile 25 milyon dollarlıq yeni yatırımla qlobalda daha da böyümək fikrindədir.
Tile tətbiqinin iş prinsipi çox sadədir. Tətbiqi telefona endirib cihazı isə istədiyiniz əşyaya yapışdırırsınız. Beləcə cihaz yapışdırılan əşyanı axtardığınız zaman Tile tətbiqi ilə tapa bilirsiniz(cihaz səs çıxarır).
https://www.youtube.com/watch?v=O1xytVJbNs4
Əgər Tile’ı daşıyan cihazı əşyadan uzaqlaşdırsanız bu dəfə Tile ilə eyni məkanda olan cihazlar işə düşür və itirdiyiniz əşya bu cihaza yaxın bir yerdə olarsan telefonunuza bildiriş gəlir.
Hesabata görə Tile 2016-cı ildə 100 milyon dollar qazanc əldə edib və 10 milyon cihaz satıb. Tile həmtəsisçisi Mike Farley hər gün 2 milyon əşyanın Tile ilə tapıldığını söyləyir. Son yatırımla daha da böyüyücəyi söylənilən Tile’ın 100-dən çox işçisi var və Tile istifadəçiləri 200-dən çox ölkədə var.