İsveçrə poçtu öz «blockchain» platformasının yaradılması barədə öz planlarını açıqladı

Date:

Paylaş:

İsveçrənin milli poçt operatoru olan Swiss Post, “blockchain” platformasının inkişaf etdirilməsi məqsədi dövlət telekommunikasiya xidmətlərinin təchizatçısı Swisscom ilə əməkdaşlıq edəcəyini bildirdi.

Şirkət nümayəndələrinin sözlərinə görə, onların “sadə və  etibarlı” “blockchain” infrastrukturu unu yaratmaq çün Hyperledger Fabric mühitindən istifadə edəcəklər. Gələcəkdə bu platformadan digər firmaların istifadə edə biləcəyi də planlaşdırılır.

Digər ictimai “blockchain”- lərdən fərqli olaraq (məsələn, Bitcoin və ya Ethereum), onların yaratdığı “blockchain” infrastrukturu özəl olacaq.

Yalnız müəyyən istifadəçilər tərəfindən istifadə edilə biləcəyi üçün bu platforma  daha az resurs tələb edir. Bu isə platformada keçiriləcək proseslərin təhlükəsizliyini tam  təmin edəcək.

Qeyd olunur ki, bu ilk pilot platformanın işə salınması 2019-cu ilin ikinci rübündə  nəzərdə tutulub. Bu platforma, ilk növbədə, biznes proseslərinin “təhlükəsiz və sınanılmış” vasitələrlə rəqəmləşdirilməsini istəyən korporasiyalar və dövlət qurumları üçün nəzərdə tutulacaq.

Swiss Post və Swisscom bu layihədə iştirak etmək üçün digər şirkətləri qəbul etməyə hazır olduqlarını bildiriblər. Bu perspektivli texnologiyadan istifadə etməkdə, onlar, İsveçrə iqtisadiyyatını inkişaf elətdirmək istəyirlər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...