Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İsveçrənin “Veeam” şirkəti ABŞ-a köçür

İsveçrənin “Veeam” şirkəti ABŞ-a köçür

74
Paylaş

Amerikanın “Insight Partners” investisiya fondu İsveçrənin “Veeam Software”  İT-proqramçısını 5 mlrd. dollara almaqla bağlı razılığa gəlib. Şirkət, məlumatların avtomatik idarə olunması, eyni zamanda onların bərpası, ehtiyat surətlərinin çıxarılması və təhlükəsizliyi ilə məşğul olur.

Şirkətdən bildiriblər ki, “Veeam”ın baş ofisi ABŞ-a köçürüləcək. Tərəflər 2020-ci ilin birinci rübündə müqaviləni bağlamağı düşünürlər.

Əməliyyat çərçivəsində şirkətin baş direktoru William Largent olacaq.

Baronov və Ratmir Timashev razılıq imzalanandan sonra direktorlar şurasını tərk edəcəklər.

Qeyd edək ki, 2006-cı ildə Baronov və Timashev tərəfindən  yaradılan “Veeam”ın dünyada 365 mindən çox müştərisi var.

2019-cu ilin yanvarında proqramçı şirkət “Insight Partners”dən və tərəfdaşlarından 500 mln. dollar cəlb edib. “Crunchbase”in məlumatına əsasən, şirkət 2013-cü ildə də vəsait cəlb edib. Elə həmin il “Veeam”dan “Insight Partners”in minoritar səhmdar olduğunu bildiriblər.