İstifadəçilər məlumat itkisi ilə üzləşir

Date:

Paylaş:

Məlumatların ehtiyat surətinin çıxarılması üzrə sistemlərin istehsalçısı olan “Acronis” şirkəti istifadəçi məlumatlarının itkisi ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.
 
Respondentlərin 65%-i deyib ki, 2018-ci ildə ya onlar özləri, ya da onların qohumlarından kimsə faylların təsadüf nəticəsində silinməsi, aparat və ya proqram təminatında baş verən nasazlıq nəticəsində məlumat itkisi ilə üzləşiblər. 2017-ci illə müqayisədə belə istifadəçilərin sayı təxminən 30% artıb.
 
İstifadəçilər şəxsi məlumatlarına xüsusi önəm verməyə başlayıblar. Rəyi soruşulanların 69,9%-nin silinmiş fayl, şəkil, video və başqa informasiyanın bərpasına 50 dollardan çox ödəniş etməyə hazır olması buna sübutdur. Ötən il respondentlərin yalnız 15%-i ödəniş etməyə hazır idi.
 
Əksər şirkətlər üçün məlumatların mühafizəsi mühüm məsələdir. Şirkətlərin 25,1%-i hər ay, 24,8%-i hər həftə, 25,9%-i isə hər gün məlumatların ehtiyat surətini çıxarır. Nəticədə şirkətlərin 68,7%-i ötən il məlumat itkisinə görə problem yaşamayıb.
 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...