“Facebook”un administrasiyası istifadəçilər haqda məlumatlar toplayaraq sosial şəbəkəyə ötürən tətbiq və saytların siyahısını baxış üçün açıq etmək niyyətindədir.
Xarici KİV-ə istinadən xəbər verilir ki, “Facebook” həmin məlumatlardan hesab sahibi üçün uyğun reklam elanlarının seçilməsində istifadə edir.
Qeyd edilir ki, istifadəçilər sosial şəbəkəyə özləri haqda gələn məlumatlara baxmaqla yanaşı onu sosial şəbəkdən silə və ya sonrakı gəlişini bloklaya biləcək.