İstehsal etdiyi Dron-dan 15 min ədəd sifariş alan təşəbbüskar Metehan Emlik

0
910

Liseydə oxuyarkən yay aylarında tikintidə işləyib, oxuduğu liseyin laboratoriyasında gecələyən, yorulanda parta sıralarını birləşdirib yatan Metehanın ən böyük xəyalı insansız hava maşınları və raket mövzusunda araşdırmalar etməkdir. “Boş işlərlə məşğul olma, oxu” reaksiyalarına qarşı çıxmadı və çalışmağa davam etdi. Metehan, indi də Özyeğin Universitetində dünyaya təhsil dronu etməyə hazırlanır.

Metehan Emlik, Sivas-dan olan bir ailənin 4 uşağıdan biridir.

Liseydə oxuyarkən düzəltdiyi kabelsiz telefon yükləyicisi, masa lampası ilə TÜBİTAK (Türkiyə elmi və texniki araşdırma qurumu) region ikincisi oldu.

Liseyin son sinifində düzəltdiyi “ Tank məhv edən raket nəzarət sistemi” ilə bu dəfə TÜBİTAK olimpiyadasında Türkiyə birincisi oldu.

Yayda tikintilərdə gündə 10 lirə ( təxmini 5 manat) qazancı ilə elektrik işləri gördü, qazandığı pulları qışda liseyin laboratoriyasında düzəltdiyi alətlərin materiallarına verdi.

“Öz xərcliyimdən yığdığımı materiallara xərcləyirdim, yemək belə yemirdim”

Metehan, çox zaman labarotoriyada gizlincə qaldı, çox yorulanda iki sıranı birləşdirərək yataq düzəltdi.

Liseyin son sinfində Özyeğun Universitetinin “ropoKamp” robot yarışmasında da birinci oldu və 50 faizlik təqaüd qazandı. TÜBİTAK yarışmasındaki dərəcəsi ilə elektrotexnika mühəndisliyi ixtisasında 100 faizlik təqaüdlə oxumağa başladı.
İxtiraçısı olduğu təhsil dronu Türkiyədən 5 min, Yeni Zellandiyadan isə 10 min sifariş aldı.

Üstəlik Metehanın bir mesajı var: “Benim gibi çalışma yapmak isteyenler hayallerinden asla vazgeçmesin. Sabırlı olsunlar. Kendilerine güvensinler.”

İlkin Mirzəzadə, bizplus.az