Əsas səhifə Biznes İstanbul küçələrində yatan türk Londonda restoranlar şəbəkəsini necə yaratdı

İstanbul küçələrində yatan türk Londonda restoranlar şəbəkəsini necə yaratdı

2638
Paylaş
Hüseyn Özer
biznes qurmaq pul qazanmaq

Hüseyn Özer 1953-cü ildə Türkiyədə Tokat şəhərində dünyaya gəlib. O, hələ məktəbə getmədiyi vaxtda valideynləri boşanma qərarı almışdı. Ögey atasının Özeri oxutmaq niyyəti yox idi. Bir çox şeyi məktəbə gedən dostlarından soruşaraq öyrənib: “Hesablamanı yaxşı bilirdim amma yazmağı bacarmırdım. Hər kəs məni uşaq hesab edirdi amma əslində mən böyük idim.”

Şərafəddin dayının taleyi

11 yaşında olanda Özer üçün bütün həyatını dəyişdirəcək qərarı almaq zamanı gəlmişdi: “Bizim kənddə bir Şərafəddin dayı var idi. Mən gələcəyimi ona bənzədirdim. Kəndin muxtarı ürəyi sıxılan kimi Şərafəddin Dayını yanına çağırıb döyərdi. Onu həmişə alçaldardı. Çünki kimsəsiz idi. Mən də kimsəsiz idim və məni də alçaldırdılar. Amma mən əzilmək istəmirdim, bununla barışa bilmirdim və kənddən ayrılmağa qərar verdim. ”

Ögey atasından aldığı 40 lira borcla avtobusa minib Ankaraya gedir. Kəndlilərin köməyi ilə həftəlik 20 lira ödənişlə bir dərzinin yanında işə başlayır. Gecələr isə yatmağa yeri olmadığı üçün küçələrdə qalırdı. Bir müddət hətta ayaqyolunda qaldığını söyləyən Özer həmin dövrdə gündəlik bir lira qarşılığında bir restoranda qabyuyan kimi işə düzəlir:

“Daha sonra Necati bəy Prospektində bir şirniyyat evində gündəlik 2.5 liraya işə başladım. İlk pulumla kreditlə qara bir pencək aldım. Amma hələ də ayaqyolunda qalırdım. Bir müddət sonra isə kömürlükdə özümə qalacaq yer tapdım. Yaxşı pul qazanırdım. İkinci əl ayaqqabı və cins şalvar aldım. Bir az daha çox pul qazanan kimi çarpayı da aldım özümə.”

15 yaşımda Ankaranı tərk etdim

İstiqamət İstanbul idi. Kiçik işlərdə işlədikdən sonra Yakacıkda tikintisi başa çatmayan bir restoranda iş tapır özünə və orada iki il çalışır. Bu vaxt qazandığı pulla özünə bir İngilis müəllimi tutur. İşdən vaxt tapdıqca restoranın arxa masalarında İngilis dili öyrənir. Xəyalları həmişə böyük idi. Bir gün müdir olarsa əgər katibədən gizli yazacağı şeyləri özü yazsın deyə makina kursuna da gedir. Artıq 18 yaşına çatmışdı. Hərbi xidmətə gedib gəldikdən sonra bir qızla evlənir amma iki ildən sonra boşanır və İstanbulu da tərk etmək qərarına gəlir: “İngiltərəyə getməyə qərar verdim. Evimdəki əşyaları satıb borclarımı ödədim. Mənə də 60 funt qaldı. Avtobusla Londona getdim. ”

Özerin ilk iş yeri dönərçi olur. Qalacaq yeri olmadığı üçün restoranın zirzəmisində yatıb qalxır. 3 il dönərçi işlədikdən sonra qalmağa ev də tapır. Artıq zirzəmidə deyil, öz otağında yatırdı.

Gəzib əylənməyi çox sevirdi

“Yaxşı pul qazanırdım amma heç zaman pulum olmadı. Həmişə xərclədim. Xüsusilə də təhsilim üçün çox xərclədim” deyən Özerin artıq müdir olmaq zamanı gəlmişdi. İlk kafesini Kiprli dostu ilə ortaq olaraq quran Özer əhvalatı belə izah edir: “Mən ayıq deyildim. Ağıllı insan idim amma gözüaçıq deyildim. Bir müddət sonra ortaqlığı buraxdım. Köhnə çalışdığım yeri satın aldım. Bura dolub daşacaq dedim və bacardım. İnsanlar kafenin qarşısında növbə dururdu. Naharda növbəyə girənlərdən tipini bəyənmədiylərimizi kafeyə buraxmırdıq. İngilislərə dönər və kabab verirdik. İşlərim çox böyüdü.”

Məşhurların sevdiyi məkan

sofra restoranı

Hüseyn Özerin dönər və kabab işi Londonda elə tutdu ki bir çox məşhurla tanış oldu. Restoranları məşhurların ​​ziyarət etdiyi məkan oldu. ‘Süfrə’ və ‘Özer’ adlarında 14, Granita adında isə bir restoranı var. Restoranlarının 10-u Londonda, üçü Türkiyədə, biri də Helsinki və Dubayda yerləşir.

Çox pul qazanmaq və milyonçu olmaq hiç bir zaman Özeri dəyişməyib. O hətta dönərçi işlədiyi vaxtlarda belə kasıblara əl tutan insan olub. Özü təhsil ala bilməsə də bir çox tələbənin universitet xərclərini qarşılayır. Sıfırdan milyonçu olmağı bacaran Özer Londonun ən varlı insanlarından biridir və alt qatında gimnastika zalı və hovuzu olan bir villada yaşayır.