İstanbul-Bakı-İstanbul reysləri ləğv edilib – SƏBƏBİ AÇIQLANMIR

Date:

Paylaş:

Yanvarın 10-da həyata keçirilməli olan İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edilib.

“Bizplus.az” Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, “Türk Hava Yolları” (THY) aviaşirkətinin yerli vaxtla saat 00:10-da “TK 1132” saylı İstanbuldan Bakıya olan uçuşu ləğv olunub.

Uçuşun Yeni İstanbul Hava Limanından həyata keçirilməsi nəzərdə tutulurdu.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Türk Hava Yolları” aviaşirkətinin yerli vaxtla saat 05:35-də Bakıdan İstanbula olan “TK 1133” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi.

Həmçinin THY-nin yanvarın 10-da İstanbulun Sabihə Gökçən aeroportundan saat 03:50-də “TK 340” saylı Bakıya həyata keçirilməsi planlaşdırılan reysi və əks istiqamətdə saat 07:15-də “TK 341” saylı uçuşu da ləğv olunub.

İstanbul-Bakı-İstanbul aviareyslərinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...