Əsas səhifə Xəbərlər Xarici xəbərlər İstanbul aeroportundan yenilik – “Sleepod” kabinlər quraşdırılıb

İstanbul aeroportundan yenilik – “Sleepod” kabinlər quraşdırılıb

48

Dünyanın ən böyük hava limanlarından biri olan İstanbul aeroportu sərnişinlər üçün yeni xidmətini istifadəyə verib. Xüsusilə tranzit uçuşlarla İstanbulun yeni hava limanından keçən sərnişinlər üçün “Sleepod” yataq şəraiti olan kabinlər quraşdırılıb.

Bizplus.az xəbər verir ki, bu kabinlərdən bir saatlıq istifadənin qiyməti  9 avrodur. Gigiyenik baxımdan təmizlik nəzərə alınaraq kabinlərdən istifadə edəcək hər sərnişinə birdəfəlik yataq dəsti də verilir.

Qeyd edək ki, bu sistem dünyanın bir çox hava limanında tətbiq edilir.