Əsas səhifə Biznes sahələri Texnologiya İştah boğan qulaqcıqlar – 300 dollar

İştah boğan qulaqcıqlar – 300 dollar

793
Paylaş

“Indiegogo” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında yeni qurğunun istehsalı üçün vəsait toplanılmasına başlanıb. “Modius” adlı qulaqcıqlar beyinə iştahanı boğan siqnalları yollayır, həmçinin piyi yandırmağa imkan verən metabolik hormonları aktivləşdirir.

İstehsalçıların sözlərinə görə, siqnallar hipotalamusu aktivləşdirərək vestibulyar sinirə ötürülür. Bu, beyini bədənin aktiv olduğunu düşünməyə məcbur edərək onu “aldatmağa” imkan verir, hərçənd ki, bu zaman bədən dinclik vəziyyətində olur.

Yeni qurğunun bədəndəki piyləri 16 faiz azaldacağı gözlənilir. Bu, pəhriz və məşqlərdən imtina etməyə imkan verəcək. Qurğudan 4 ay ərzində hər gün 45 dəqiqə istifadə etmək lazımdır. Cihaz aktivləşdirildikdən 1 saat sonra iştahanın azaldığını hiss etmək olar.

Qurğu Kaliforniya Universitetində fəaliyyət göstərən britaniyalı nevroloqların “Neurovalens” şirkəti tərəfindən 4 ay ərzində sınaqdan keçirilib. Onlar təsdiq ediblər ki, piy toxumasının həcminin azalması orta hesabla 8 faiz təşkil edir. Məhsul artıq tənbəl müştərilər və investorlardan təxminən 1,5 milyon funt toplayıb. Qulaqcıqların ilk seriyasının cari ilin payızında satışa çıxarılacağı gözlənilir. Qurğunun qiyməti təxminən 300 dollar təşkil edəcək.

Qeyd edək ki, bir çox alimlər istehsalçıların divanda uzanaraq “beyini aldatmaq” ideyasını dəstəkləmirlər. Hələ ki, oxşar qurğular, kostyumlar və şlemlər gözlənilən nəticələri verməyib.

©bbf