Əsas səhifə Məqalələr Fərdi inkişaf “İstəyirəm ki, dünyada qarnını doyurmayacağım heç bir ac insan qalmasın!”

“İstəyirəm ki, dünyada qarnını doyurmayacağım heç bir ac insan qalmasın!”

1612
Paylaş
barat əlizadə
Gənc iş adamı Barat Əlizadədən sizin fərdi inkişafınıza təsir edəcək maraqlı qeydlər:

Mənim bir yaşam səbəbim var, və məni həyata bağlayan sadəcə odur!

2015-ci ildə, yəni, 3 ildən çoxdur ki, müsbət mənada başqalaşmaya başlayarkən beynimdə bir sual var idi. Mən bu dünyaya niyə gəlmişəm, və bu dünya məndən nə istəyir..?!
Bəlkə mən sıradan bir insan deyiləm..?!

Ailəmi sevmək və gələcəkdə onları ancaq sevindirmək üçünmü yaşayacaqdım; yoxsa aşiq olmaq və gələcəkdə ona bağlanmaq üçünmü yaşayacaqdım..?! Yoxsa, bunların heç biri deyil də, sadəcə gördüyüm işi sevmək və təkcə ona bağlımı yaşayacaqdım..?!

Bunun kimi nə qədər suallar hər gün məni çox ciddi düşündürürdü. Mən isə özümdə güclü məqsəd qurmaq bacarığımı bunların arasından bir seçim etməyərək, və həyatıma yeni bir yön verərək qazandım. Düşündüm ki, nə qədər etsəm də, nə ailəmin haqqını ödəyə bilərəm, nə də onları layiq olduqları qədər sevindirə bilərəm. Düşündüm ki, nə qədər aşiq olsam da, nə onu ailəmdən çox sevə bilərəm, nə də çoxlu səhvlərə göz yumacaq qədər dözümlülük göstərə bilərəm. Düşündüm ki, nə qədər işimi sevsəm də, nə ancaq işləyə bilərəm, nə də istirahətimdən ayrı qala bilərəm.

Oxudum və öyrəndim ki, insanın yaşam məqsədi elə olmalıdır ki, o kənar təsirlərdən və ya kimlərdənsə asılı olmasın. Öyrəndim ki, buna “Mərkəz!” adını veriblər. İnsanın mərkəzi ailə, iş, dost, din, əyləncə və.s şeylər olmamalı imiş. Bunu da “Steven Covey’in – Yüksək Effektiv İnsanların 7 vərdişi” kitabından öyrəndim. Təxminən 500 səhifə qalınlığında olan bir kitabı 5 dəfə oxuyandan sonra bu qədər şeyi düşünməyim bir qismətdirmi..?!

O kitabdan öyrəndim ki, mərkəzdə elə bir şey olmalıdır ki, insan sadəcə bunu etmək istəsin. Heç nə və ya heç kim onu bu qədər şey etməyə məcbur edə bilməsin. İnsan özünü bu məqsədi etməyə məcburmuş kimi hiss etməsin. Kiməsə və ya nəyəsə görə bunu etmək istəməsin. Elə bil şey olsun ki insanı həyata bağlayan, o bu məqsədi iki əli qanda da olsa, ölümünə bir dəqiqə qalsa da, hətta son nəfəsini verərkən beynindən keçən 15 saniyəlik xəyaltək o məqsəd üçün çalışdığının rahatlığı içində gözlərini yummağı bacarsın!

Mən o qədər insanlara yardım etmək istəyirəm ki, dünyada qarnını doyurmayacağım heç bir ac, ətrafımda kömək olmayacağım heç bir insan qalmasın!

Bəli, düz başa düşdünüz! Mən vicdanla yaşamaq, pozitiv olmaq və insanların taleyinə pozitiv təsir göstərmək üçün doğulmuşam!

Interforce Tourism Company
? Biznesmen, Təsisçi və Baş direktor
✒ Facebook: Barat Alizadeh
✏ Instagram: barat_alizadeh_official
? Email: [email protected]