Bu, özəl şirkət tərəfindən buraxılan ilk ay zondu olub.
İsrailin özəl kosmik aparatı “Bereşit”, Aya enmə zamanı tələf olub. Bu haqda N+1 nəşri Youtube-canlı yayımına istinadən xəbər verir.
Enişə bir neçə saniyə qalmış aparatla əlaqə kəsilir. Plana əsasən, onun mühərriki 5 metr –də sönməli idi, lakin zond nəzarətdənkənar eniş həyata keçirib və mühərrik 149 metr yüksəklikdə söndüyü üçün o tələf olub.
İsrailin qeyri-kommersiya kosmik şirkəti SpaceİL və İsrael Aerospace İndustries qurumunun nümayəndələri missiyanı uğursuz adlandırıblar. Uğurlu olacağı halda isə SpaceİL ilk özəl təşkilat , İsrail isə Aya yüngül eniş həya ta keçirən dördüncü ölkə olmuş olacaqdı.Əvvəllər sputnikin səthi üzərində uğurla aparat yerləşdirməsini SSRİ , ABŞ və Çin həyata keçirib.
“ SpaceİL” –in missiyası 2019-cu ilin 22 fevral gecəsində,” SpaceX” şirkətinin Falcon 9 daşıyıcı raketinin köməyi ilə Kanaveral bucağından start götürüb. “Bereşit” zondu Море Ясности-də Aya enməli, ay torpağından götürməli və maqnit sahəsində bir sıra ölçüləri həyata keçirməli idi.
“SpaceİL”, zondu, Ayın xüsusi avtomatlaşdırılmış planlaşdırma satnsiyasına eniş üçün hədiyyə təklif edən Google Lunar Xprize yarışmasında iştirak üçün hazırlayıb. Yarışma qalibsiz başa çatdı, lakin İsrailin “Spacell” şirkətinin kosmik agentliyinin maliyyə dəstəyi və xeyriyyə mükafatı hesabına layihəni həyata keçirmək mümükün olub. Ümumi budcə 95 milyon dollardır.