Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İsraildə təbii qaz yatağı aşkar olundu

İsraildə təbii qaz yatağı aşkar olundu

150
Paylaş
neft
neft

Yunanıstanın “Energean” enerji şirkəti İsrail sularında apardığı kəşfiyyat işləri nəticəsində təbii qaz ehtiyatları aşkar edib.

 “Kariş” yatağı İsrailin şimal sahilindən 120 kilometr məsafədə yerləşir.

İlkin hesablamalara görə, yataqda 28 milyarddan 42 milyard kubmetrədək qaz ehtiyatları mövcuddur.

Qeyd olunur ki, bölgədə qazma işləri martın 15-də başlayıb və 4880 metr dərinliyədək çatıb.