Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İsraildə, buzu və qarı özü təmizləyən asfalt salınıb

İsraildə, buzu və qarı özü təmizləyən asfalt salınıb

156
Paylaş
qar təmizləmə
qar təmizləmə

İsraildə, artıq insanları, yolları buzdan və qardan təmizləməkdən qurtaracaq yüksək texnologiyalı yol örtüyü işləyib hazırlayırlar. “SAN Hitech” şirkəti “ağıllı asfalt” kimi tanınan texnologiya təklif edib.

İsrail alimlərinin bu işinin mahiyyəti ondan ibarətdir ki, asfalt qatının altında metal qəfəs yerləşdiriləcək və onu lazım gəldikdə isitmək mümkün olacaq. Temperatur göstəricisi sistemləri ətraf mühitdəki dəyişiklikləri izləyirlər və soyuqlar zamanı yolları isitmə göstərişini verirlər.

“Snowless” adlı bu sistem tamamilə avtonomdur və təmir, istsna xidmət hallarından başqa demək olar ki, insan müdaxiləsinə ehtiyac duymur. “SAN Hitech” texnologiyası təkcə təzə yollar üçün deyil. Mühəndislər həm də köhnə yolları, onları dağıtmadan qızdırıcı qəfəslə təmin etməyin yolunu tapıblar. Bunun üçün  xüsusi texnika vasitəsilə köhnə asfaltda boşluqlar açılır və oraya qəfəsin elementləri yerləşdirilir.

“Ağıllı asfalt” – bu nə bir layihə, nə də eksperimental modeldir. Belə bir yol hələ ki, nümunə kimi olaraq, artıq Kanada da istifadə edilir.

Sistem ən sərt şaxtaya davamlıdır – o, -50 dərəcə selsiyə qədər temperaturda istifadəyə yararlıdır. Hətta ən ekstrimal soyuqlarda belə yol örtüyünün altındakı qəfəs maksimum 15 dəqiqəyə buz qatını əritməyə qadirdir.

“SAN Hitech” şirkətinin bu işinin 2021-ci ildə geniş yayılacağı gözlənilir. İlk öncə iri ticarət mərkəzlərinin  maşın dayanacaqları isidiləcək, daha sonra aeroport yolları və bundan sonra şosselər və əsas yollar “Snowless”-lə təmin ediləcək.