Şirkətin müştəriləri arasında Carlsberg, Discovery Channel və Phillips var.
Reuters yazır ki, layihələr üzərində birgə iş üçün platforma işləyib hazırlayan israil startapı monday.com D raundunda 150 milyon dollar cəlb edib.
Raundun lideri vençur Sapphire Ventures şirkəti olub. Layihəyə həmçinin, Hamilton Lane, HarbourVest Partners, Ion Crossover Partners və Vintage Investment Partners yatırım ediblər. tərəflər payın həcmini açıqlamırlar.
Monday.com səhmləri yeni istifadəçilərin cəlb edilməsinə və platformanın özünün inkişafına xərclənəcək. Şirkət cəmi 234,1 milyon dollar cəlb edib.
2014-cü ildə yaranan platforma, satış və marketinqdən tutmuş HR-a qədər müxtəlif fəaliyyət növündə olan layihələri idarə etməyə imkan yaradır.
Şirkətin məhsullarından 80 mindən çox təşkilat istifadə edir. Müştərilər arasında Carlsberg, Discovery Channel, Glossier, Hulu, Phillips, WeWork və Zippo var. Xidmətə yazılma aylıq 39 dollardır.