Əsas səhifə Satışda olan bizneslər İnvestisiya və Əməkdaşlıq İsrail iş adamları Azərbaycana investisiya yatırmaqda marqlıdırlar

İsrail iş adamları Azərbaycana investisiya yatırmaqda marqlıdırlar

12
Paylaş

“İsrail investorları Azərbaycana investisiya yatırmaq istəyirlər”.

Bunu İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri ilə görüşdə bildirib.

Görüş zamanı həmçinin Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, biznes mühitinin şaxələndirilməsi istiqamətində görülən işlərdən də danışılıb, yerli startapların qlobal səviyyədə sərmayə cəlbi üçün qarşılıqlı imkanlar müzakirə olunub.

İİTKM-in Rəqəmsal Ticarət Qovşağının (RTQ) meneceri Nicat Əsədli Rəqəmsal Ticarət Qovşağı vasitəsilə təqdim olunan mobil rezidentliyin xarici iş adamlarının ölkəyə gəlmədən rahatlıqla Azərbaycanda biznes qura bilməsi üçün təqdim etdiyi imkanlar barədə məlumat verib.

Daha sonra EnterpriseAzerbaijan portalının meneceri Oruc Dursunzadə portalın startaplar üçün təqdim etdiyi crowdfunding, crowdinvesting xidmətlərindən, startaplara toxum, mələk və vençur investorları vasitəsilə sərmayə cəlbi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Portal startapların ideya və layihələrinin dünya investisiya bazarına çıxışını asanlaşdırır.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun isə İsrail investorlarının Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını qeyd edib. Azərbaycanda xarici investorlar üçün əlverişli biznes mühitinin mövcud olduğunu vurğulayıb və aidiyyəti qurumlarla birgə təcrübə mübadiləsi aparıldığını deyib.