Əsas səhifə Məqalələr Maraqlı İşləmədən pul qazanmaq mümkün ola bilər mi?

İşləmədən pul qazanmaq mümkün ola bilər mi?

745
Paylaş

Finlandiyada işsizliyin həll olunması ilə bağlı üsul. “Basic İncome”

2017 1 Yanvar tarixindən etirabən Finlandiyada başlamış bu proqramda əhalinin aşağı gəlirli təbəqələri arasından təsadüfi seçimlə seçilmiş 2000 nəfərə dövlət tərfindən hər ay iki il ərzində təxminən 560 Euro verilir. Əsas gəliri qazanan şəxslər başqa gəlir mənbələrindən qazanclarını əldə edə bilərlər.

Əsas gəlir və ya vətəndaş gəlirinin təşkil edilmə səbəbi vətəndaşların bəzilərinə sosial təhlükəsizliyin təmin edilməsidir.

Əsas gəlirin tətbiqinin əsas səbəbi sosial təhlükəsizlik sistemini daha da sadələşdirmək. Bürokratiyanı minimuma endirmək və motivasiyanı qaldırmaqdır.  Çünki gəlir və sosial təhlükəsizlik bir-birləri ilə sıx bağlıdırlar.

Bəs bu əsas gəlir işsizliyin araan qaldırılmasında müsbət rol oynayacaq mı?

Tətbiqi dəstəkləyənlərə görə bəli müsbət rol oynayacaq, çünki “Əsas gəlir” qazanmış şəxslər gəlirləri ilə bağlı hərhansısa narahatçılığı olmayacaq və onlar bu pulu hərhansı müəssisələrin açılması üçün xərcləmə və ya özlərinin inkişafına xərcləmə kimi imkanlar təqdim edir. Eyni zamanda “əsas gəlir”in əhalinin arasında gəlir bərabərsizliinin azalmasına da səbəb olacaqdır. Bununla Finlandiya 8% işsizlik rəqəmlərini daha da aşağı salmağı düşünür. Finlandiyada qəbul edilmiş bu proqramı İsveçrə də keçirməyi planlaşdırır. Orda hələ də müzakirələr davam edir.

Lakin “Əsas gəlir” üsuluna bir sıra tənqidlər də olmuşdur. Onlardan bir neçəsi;

Hollandiyandan NRC Handelsblad

“Gəlir miqdarı” bu təcrübədə müsbət təcrübələr qazanmağa yetməyəcək qədər azdır. Ödənilən gəlirdən yararlananların davranışlarını dəyişəcək qədər yüksək olmayacaqdır böyük ehtimal. Əgər olsa belə, dəyişikliklər kifayət qədə dərin olmayacaqdır, çünki yararlananlar bu tətbiqdən yalnız 2 il istifadə edəcəklər.  Gerçəyə yaxın deyil. Fikir çox sempatikdir, lakin bizim ən böyük tənqidimiz tətbiqinə yönəlikdir

Fransandan “La Tribune”

“Belə bir proqramın ölkə ərazisində tətbiq olunmasına qərar verilməsi, maliyyələşdirilmənin təmin olması üçün vergilərin artırılması lazımdır. Vergilər artırıldığı halda bunun ən böyük təsiri əhalinin orta sinif gəlir qazananlarına olacaqdır.  Eyni orta gəlir sinifi, satın alma gücünün düşdüyünü gördükdə, özünün iş saatlarını azaldacaq və dolaylı şəkildə, gəlirlərininn düşməsinə səbəb olacaqdır və bunun nəticəsində əsas gəlir vasitəsi ilə əldə edilən məbləğlərin bir qismi vergilərə gedəcək yenə.

İstehlak iqtisadi böyümənin arxasındakı güclü faktorlardan birisi olduğu üçün bu təcrübənin bütün iqtisadiyyata böyük təsiri olacaqdır.

Tərcümə etdi: Məhəmməd Məmmədli