Əsas səhifə Məqalələr Fərdi inkişaf İşinizdə mənanı necə tapa bilərsiniz?

İşinizdə mənanı necə tapa bilərsiniz?

249

2007-ci ildə The New York Times tərəfindən yazılmış gözəl bir məqalə hər il  keçirilən  iyirminci «Operatorların dueli»-dən bəhs edən  «geridə qalmış olimpiada» kimi adlanan-Nyu Yorkun kanalizasiya   işcilərinin yarışından bəhs edir.  Turnir zamanı iştirakçılar öz peşəkarlıqlarını nümaiş edirlər və çox zaman bunu böyük bir həvəslə edirlər.  Nyu Yorkun ətraf mühitin qorunması üzrə Departamentinin Komissarı  Emili Lloyt iştirakçıların işi haqqında bunları deyib:«Bu qəliz işdir.  Çox vaxt xoşa gəlməzdir, amma onlar bunun öhdəsindən mükəmməl gəlirlər».  Məqaləni oxuduqca görürsən ki , iştirakçılar necə öz fəaliyyətləri ilə qürur duyurlar və onu yaxşı icra etməyə çalışırlar. Onlardan biri , Djord Mossos qeyd edir ki, onun işi gözə çarpmır və o əlavə edir: «İnsanlara xidmət göstərmək yetərlidir».

Hansı səbəbdən bəzi insanlara çox pul ödəmək ilə onlar lüks yerlərdə çalışmaqlarına baxmayaraq daxili aləmlərində boşluq hiss edirlər, digərləri isə  Nyu Yorkun təmizləyici qurğularında çalışmaqlarına baxmayaraq razıdırlar? Cavab məqsəddən aslıdır.

Çox insanlar qarşılarına məqsəd qoyur , amma onu yerinə yetirmirlər.  İş, gündən-günə məqsəd duyğusunu hiss etmək üçün iradənin güclənməsini tələb edir.  İllərnən kimi məqsədlə ,kimi meqsədsız işləyən dostlarını və həmkarlarını müşahidə etdikcə  ,sizə bir neçə məsləhət təklif edə bilərəm, hansı ki,  şüurlu şəkildə  işinizin məqsədinizə yansımasına vəzifənizdən aslı olmayaraq köməklik göstərəcək.

İşnizi xidmətinizlə birləşdirin. Magistraturada oxuduğum zaman bir dəfə  eşitdim ki, tibbi cihaz istehlatçısı şirkətinin keçmiş CEO-su Medtronic Bill Corc hər  il keçirilən iclasda  işçilərin işinn vacibliyini xəstələrə nümayiş edirdi. Məsal üçün,  o şirkət tərəfindən  buraxılmış defibrilatorun xilas etdiyi bir insanı dəvət etmişdi və o şəxs əməkdaşlarının ona necə kömək etməsindən danışırdı. O keyfiyyətə nəzarət şöbəsindən hər hansı  bir işçini nümuna gətirərək onun sadiqliyinin   və ciddiliyinin minlərlə insan həyatın xilas etməsini izzah edirdi. Corc bir başa öz həmkarlarını xidmət göstərdikləri insanlarla calaşdırırdı.

Hər kəsin həyatı ölüm və yaşam vəziyyətləri ilə əlaqəli deyil, amma bizim hər birimiz kiməsə xidmət göstəririk.  Müəllimlər hər gün cavanların həyatlarının necə formalaşmağını müşahidə edirlər və necə bir uzunmüddətli prespektivdə  təsir göstərirdiklərini təsəvvür edə bilirlər. Mühasiblər öz işlərinin təşkilatın fəaliyyətinin bir hissəsi kimi təsəvvür edib, onun müştərilərinə köməklik göstərirdikləri üçün qürur duyurlar. Siz kimə xidmət göstərirsiniz? Gündəlik işimizi şüurlu şəkildə xüsusi ilə də xidmət etdiyimiz insanlarla birləşdirsək , biz bunda öz məqsədimizi tapa bilərik.

İşinizi yaxşılaşdırın və öz peşənizə çevirin.   Yelskin universitetinin professoru Emi Vjesnievski ətraflı olaraq  səhiyyə işçilərinin işini öyrənərək, birinin digərini keçməsinin səbəblərini araşdırdı.  Nəticələr (Devid Zaksın danışdığı) təəcüblü idilər.  Vjesniyevskinin araşdırması nəticəsində işindənən  razı və effektiv səhiyyə işçilərini birləşdirən orta nöqtəni o «işin yaradılması» adlandırdı. Bu işçilər bütövlükdə xəstələrə xidmət etməyə yönəliblər,« görməli olduqları işdən cox mənalı ,vacıb və görmək istədikləri iş yaradırdılar».  Bir səhiyyə işcisi otaqdaki rəsimlərin yerini dəyişdirərək  komada  olan xəstənin beynin stimullaşmasına köməklik göstərirdi.  Digərləri yuyucu vasitələrin tərkibini araşdıraraq xəstələrə daha az zərərli olanını axtarırdılar.  Onlar  başqalarına xidmət edərək mükəmməliyə çatmaq istiyirdilər və bu məqsədə öz işlərini uyğunlaşdırırdılar. Onlar, onlara tapşırılandan daha çox edirdilər işlərini özlərinə daha mənalı etmək üçün və xidmət göstərdikləri insanlar  üçün. Vjesnievski və onun həmkarları hətta, hər bir insanin öz fəaliyyətini mükəmməlləşdirməyə və onu öz peşəsinə çevirməyə köməklik göstərəcəyi yeni təlimlərin inkişaf etdirilməsi üzərində düşünməyə başladılar.

Təkminləşmək həm də işə bir sənəd kimi yanaşmaqdır ,bacarıqlarına diqqət yetirməklə həm  gördüyün işin həlli üçün həm də öz daimi inkişafın üçün çalışmaqdır.  Nyu Yorkun təmizləyici qurucularının işçiləri tərəfindən daimi bacarıqların təkminləşməsinin göstərilməsi özü-özündə böyük mənada professional fealiyyətin göstəricidir.

Pozitiv münasibətlərə investisiya qoyun.  Kiminlə işlədiyimiz nə işlədiyimiz qədər vacibdir.  Psixoloq Martin Seliqman işdən məmnunluğ hiss etmək üçün münasibətlərin vacibliyinən çox yazır( bu onun  çiçəklənən modeli «PERMA»-nın əsas elementidir).  Harvard universitetinin tibbi məktəbinin  məşhur araşdırması göstərdi ki, xoşbəxtlik və maliyyə müvəffəqiyyətləri isti münasibətlərdən aslıdır.  Araşdırmanın rəhbəri bəyan etdi ki:« Xoşbəxtlik-sevgidir.  Nöqtə ».

Əlbətdə ki, işdəki və onun xaricindəki münasibətlər tamamiylə fərqli görünürlər, amma yenədə öz mənaları var . Əgər öz iş yoldaşlarımızla daha  pozitiv münasibətdə olsaq  bizim hər birimizə daha yaxşı olar.   Kömək etmək istəyəcəyiniz yeni və yaxud cavan bir yoldaş seçin özünüzə və ona yeni yerlərlə tanış etməyi təklif edin.  Bir birinizi daha yaxşı tanıya biləcəyiniz, yoldaşlarınızla birgə vaxt keçirə biləcəyiniz bir tədbir təşkil etmək istəyinizi bildirin.  Sadəcə olaraq hər gün yeni əməkdaş haqqında düşünün, nəyə görə onunla çalışmaq imkanına minnətdar olduğunuzu düşünməyə  vaxt tapın özünüzə. Hansı yanaşmadan istifadə edirsizsə edin  iş yoldaşlarınızla münasibətlərin düzəlməzi üçün etdiyiniz cəhdlər işə daha çox məna qata bilər.

Nəyə görə işlədiyinizi xatırlayın

Bir çoxumuz  sadəcə zövq üçün işləyə bilmirik.  İşimiz bizim xoşumuza gələ bilər, lakin biz pul üçündə çalışırıq.  Çox valdeyinlər öz uşaqlarının gələcəyi üçün çalışır, kimin ki uşaqları yoxdu çox vaxt yaşlı valdeyinlərinə və ya digər qohumlarına  kömək edirlər.  Ailəsi olmayan insanlar qazanılmış pulu sevdikləri təşkilatlara yada dostlarına dəstək olmaq üçün istifadə edirlər.  Nadir hallarda kimsə şəxsi mənafeyləri üçün çalışır.

Siz kim üçün çalışırsınız? Bu insanı yada qrup insanları təyin edin.  Sizə çətin olduqda yada sizi az cəlb edən məsələ həll etmək məcburiyyətiniz olduqda yadda saxlıyın ki, siz dəyər verdikləriniz üçün xidmət edirsiz.  Bu fikir ən yorucu məsələlər qarşısında gördüyünüz işə əlavə məna qatacaq.

Məqsəd sehirlə gəlmir, biz onu şüurlu yaratmalıyıq və ona nail olmağa çalışmalıyıq.  Düzgün yanaşma ilə demək olar ki istənilən iş mənalı olur.

Müəllif haqqında.  Djon Koulman- «Passion&Purpose:Stories from the Best and Brighest Young Business Leaders»- kitabının həmmüəllifi.