“İşi quranda şirkətin büdcəsi demək olar ki, yox idi”

Date:

Paylaş:

Nigar Kərimova 1997-ci ildə Bakı şəhərində anadan olub. Bakı Biznes Kooperasiya Kollecini bitirib. Kollecin Tələbə Gənclər Təşkilatı sədri vəzifəsində və MK akademiyada koordinator kimi çalışıb. Həmçinin bir çox yerlərdə könüllü olub. Sonuncu kursda isə KFC-də işləyib.

Şirkətiniz haqqında bir qədər məlumat verin. Hansı işləri həyata keçirirsiniz?

RABU Travel and Tourism 2017-ci ilin iyul ayında yaradılmış şirkətdir. Əsas fəaliyyət Azərbaycanda və xarici ölkələrdə turların təşkil olunmasıdır. Müxtəlif turizm və otel işinin praktiki proqramlarının keçirilməsini və eyni zamanda təlimlər və seminarlar təşkil edilir.

İdeya yarandı və iş görmək lazımdır. İlk olaraq nədən başladınız?

İdeya həmişə yaranırdı. Sadəcə həyata keçirmək üçün iş görmək başlamaq lazım idi. Haradan necə başlayacağımı bilmirdim.”0-dan bir işə başlamaq olar?” deyirdim özümə.  Çünki, real olaraq bir məqsədə fokuslanmırdım. İndi isə deyirəm ki,hətta -1dən də başlamaq olar,əgər düşüncən zəngindirsə. İndi ki,vəziyyətimdə düşüncələrim zəngindir və nə istədiyimi bilirəm. Məqsədi görürəm– dağın ən üst hissəsi. Yola lazım olan alətləri və dəstək olacaq insanları götürüb və hər gün məqsədə doğru aparacaq addımları atıram.Hardan başladığım isə özümə tam inandığım gündən başladım.

Maraqlıdır, işinizi qurmaq üçün maliyyəni haradan aldınız?

İşi quranda şirkətin büdcəsi demək olar ki, yox idi. Bəziləri düşünür ki, insan sıfırla başlaya bilməz. Mən bununla razı deyiləm. Başlamaq olur. Bizim insanlarda düşüncə fərqlidir onlar əvvəl pul istəyir, sonra isə biznes. Amma belə olmur. İşi qurmalısan, sonra qazanmalısan. Çalışa-çalışa maliyyəni artırmaq lazımdır.

Bu gün fərqli biznes sahələri mövcuddur. Sizin seçdiyiniz də maraqlıdır. Bəs niyə turizm sahəsini seçdiniz?

Turizm sahəsi mənim həmişə olmaq istədiyim sahə olub. Hal-hazırda bir çox ölkələrin büdcələrinin gəlirlərinin əsas hissəsini təşkil edir. Azərbaycanda Turizm neft sektorundan sonra ikinci əsas sahələrdən biri hesab olunur. Ölkəmizdə də hər il beynəlxalq “Turizm və Səyahətlər” sərgisi ATF keçirilir. Turist axını ildən-ilə artır. Bütün bunlar turizmin Azərbaycanda üstün biznes sahəsinə çevrildiyini və qarşıda ölkənin iqtisadi inkişafına böyük təsir etdiyini göstərir.

İşə yeni başlayarkən gəlir məsələsi problem olur, bu zaman çox adam həvəsdən düşür, işi yarımçıq buraxır. İlk vaxtlar gəliriniz necə oldu?

Həvəsdən düşmək lazım deyil. Bu özü də vaxt itkisidir. Bir xırda problem böyütmək, həvəsdən düşmək lazım deyil. Uğursuzluqdan uğur qazanmaq elə uğurun özüdür. Təbii ki, ilk vaxtlar istədiyimiz kimi gəlir olmurdu. Əsas odur ki, ruh düşkünlüyü olmasın. Hər bir insanın çox böyük potensialı var. Nəyəsə nail olmaq istəyirsinizsə işləmək lazımdır. Heçnə göydən düşmür…

Komandanızda neçə nəfər var?

Hal-hazırda komandamızda 5 nəfər var.

Marketinq, PR işini kim aparır?

Marketinq, PR işlərimizlə şirkətimizdə məşğul olan məsul şəxslərimiz var.

Gələcək planlarınız nədir?

Gələcək üçün planlar çoxdur. Əsas qoyduğum hədəfim şirkəti istədiyimiz səviyyəyə çatdırmaqdır və bunun üçün çalışıram.

Öz işini qurmaq istəyən insanlara nə tövsiyyələr edərdiniz?

Öz işini qurmaq istəyən insanlar məqsədyönlü və planlı hərəkət etməlidirlər. Karyera məqsədləri olmalıdır. Uğursuzluqlara yenilməmək lazımdır. Vəzifə, kreslo və rütbə dalınca qaçmayın. Hər kəsə peşəkar uğurlar diləyirəm!

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...