İsgəndər Xəlilova məxsus “Reilqo” şirkəti qeydiyyat ünvanını dəyişib

Date:

Paylaş:

Azərbaycanlı iş adamı İsgəndər Xəlilov və onun oğlu Rəhman Xəlilova məxsus olan “Reilqo” (“Railgo”, keçmiş “İSR trans”) şirkəti qeydiyyat ünvanını Başqırdıstanın paytaxtı Ufaya köçürüb.

Bu barədə “Kommersant” məlumat yayıb.

“Reilqo” şirkəti neft məhsullarından ibarət yüklərin dəmiryolu xətti ilə daşınması üzrə ixtisaslaşmış ən iri şirkətlərdəndir.

Şirkətin qeydiyyatının nə üçün Başqırdıstana köçürüldüyü açıqlanmır.

Kartoteka.ru-nun məlumatına görə, “Reilqo” MMC martın 7-də Ufada vergi uçotuna götürülüb.

Şirkətin 2019-cu il üzrə gəlirləri 27,55 milyard rubl (700 milyon manatdan çox – red.) təşkil edir, xalis gəliri isə 1,62 milyard rubl (43 milyon manata yaxın – red.) olub.

Qeyd edək ki, İsgəndər Xəlilov tanınmış azərbaycanlı biznesmendir. Bir sıra iri obyektlər, o cümlədən, “İSR plaza” hotelləri, “Hilton Baku” hoteli, “McDonald’s” restoranlar şəbəkəsi (Azərbaycanda) məhz Xəlilovlar ailəsinə məxsusdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...