Inc.com, 2019-cu ildə Dünya Səhiyyə Təşkilatının təsnifatına daxil olan, işçilər arasında tez-tez rast gəlinən səkkiz emosional gərginlik simptomlarının adlarını açıqlayıb.
İşgüzar söhbətlərə hazırlaşmaqda yardımçı olan The interview guys internet portalı Maslach Burnout Inventory-nin köməyi ilə amerikan şirkətlərinin 928 əməkdaşı arasında sorğu keçirib.
Inc. fikri soruşulanlar arasında səkkiz ən geniş yayılmış gərginlik əlamətlərini açıqlayır. Nəşr qeyd edir ki, əgər bu simptomlardan heç olmasa biri insanın vəziyyətini təyin edərsə həmin şəxsdə emosional tükənmənin qeydə alınması ehtimalı çox yüksəkdir.
1 . Həmkarlar və müştərilər sizi əsəbləşdirir ( 71% sorğu iştirakçısı)
Find The Fire və Make It Matter kitabının müəllifi Scott Mautz insanların sizi əsəbləşdirən davranışı motivləri əsasında təxminlər etməməyi, əvəzində ünsiyyəti qaydasına qoymağı məsləhət görür.
2 . Yuxunuz pisdir (56%)
Yuxu probleminizi həll etmək üçün hədlər qoyun və evə işdəki həyəcan və əsəblə gəlməyin. Ekspert əlavə edir ki, səhəri gün ofisdə keçəcək günə görə narahat olmaqdansa hər şeyin yaxşı olacağını təsəvvür edin.
3 . İşə getmək üçün motivasiyaya ehtiyacınız var ( 54,3%)
Mautz belə hesab edir ki, işinizin heç bir mənasının olmaması duyğusundan daha sıxıcı bir hal yoxdur. O, sizə maraqlı gələn və peşəkar kimi inkişaf etmənizə imkan verən sahələrdə biliklərinizi yeniləməyi, həmçinin işdə daha sərbəst olmağı məsləhət görür.
4 . Səmərəli fəaliyyət üçün enerjiniz çatmır (54%)
Nəyin sizin enerjinizi aldığını və əksinə, sizə nəyin güc verdiyini müəyyən edin. Əgər real işiniz özünüzü yaxşı hiss etməkdə sizə yardımçı olmursa, demək ki, gücünüzü yenisinin axtarışına yönləndirməyin vaxtı çatıb.
5 . Siz işə və şirkətlərə kinayə ilə yanaşırsınız (48%)
Mautz əmindir ki, kinayə pessimizmdən daha pisdir. Əgər iş sizdə belə hisslər oyadırsa bu, idən yorulmanızın ən düzgün göstəricisidir.
6 . Fikrinizi işə cəmləməkdə çətinlik çəkirsiniz (45,7%)
Psixoloq Mihaly Csikszentmihalyi “Axın.Optimal təcrübələr psixologiyası” kitabında yazır ki, insan sevdiyi işlə məşğul olanda axın-da olur. Ekspert bu vəziyyəti yaxşı konsentrasiya və yüksək səmərəliliklə amma bununla, həm də rahatlıq və vaxt hissiyatının itməsi ilə xarakterizə edir.
Əgər işə cəmlənə bilmirsinizsə bu yorğunluq, maraq itkisi və ya məyusluq əlamətidir.
7 . Nailiyyətlərinizdən məmnunluq hissi duymursunuz (41%)
Mautz əməkdaşın yerinə yetirdiyi tapşırıqlardan və karyera uğurlarından məmnun qalmamasını yorğunluğun əsas sinqalı adlandırır.
8 . İşinizdə məyusluq yaşayırsınız (29,5%)
The interview guys-ın məlumatlarına görə, bu suala müsbət cavab verən bütün respondentlər “məyus” olublar.