İşdə monotonluq və onun aradan qaldırılması yolları

Date:

Paylaş:

Karyeramız boyunca fərqli işlər həyata keçirir və fərqli iş yerlərində çalışırıq. Lakin bəzən işdən sıxıldığımız anlar ola bilir ki, bunun da səbələrindən ən öndə gələni  monotonluqdur. Monotonluq gündəlik həyatımızda eyni şeylərdən qaynaqlandığı kimi iş prosesində də təkrar olunan davranışlardan və proseslərdən dolayı baş verir ki, bu da bizim iş zamanı çalışma istəyimizə, eyni zamanda işləmə potensialımıza birbaşa təsir edir və nəticədə müəssisədən xaric olmalar çoxalır və ya müəssisənin verimliliyi

Dünya təcrübəsindən həmçinin Harward Buisness Reviewdan yararlanaraq monoton iş prosesindən və işdə monotonluqdan qurtulmaq üçün bir sıra yolları kateqoria şəklində ayırdım.

Fasilə edin

Ən çox bilinən və dəfələrlə deyilməsinə rəğmən ən işə yarar və ilkəl çözüm yolu budur. Əslində bu terim bizə yad deyil. Çünki məktəb zamanından dərslər arasında fasilələr edərək böyüyən toplum olaraq, həm də beyin bir şeyə konsantirasiya olması üçün beynimizi boşaltmağımız lazımdır. Həmçinin fasilə zamanı qəhvə çay və digər içkilər də içə bilər və ya qəhvənizi içərək digər yoldaşlarınızla da qısa söhbətlər edə bilərsiniz. Əmin olun ki, bununla siz özünüzü daha gümrah hiss edəcəksiniz. İş zamanı artıq sıxıldığınızı və ya yorulduğunuzu hiss etməyə başladınızsa, kiçik fasilələr edin və işdən kənar şeylər haqqında düşünün. Məhz bu şəkildə fərqli düşünərək monotonluqdan müəyyən qədər həmin gün üçün qurtula bilərsiniz.

Dəyişikliklər edin

Hər nə qədər fasilə etmək gündəlik rutin ediləcək bir şey olsa da, dəyişiklik etmək aralıqlarla ediləcək və beyninizin eyni əşyalar, rənglər, dəftərlər, davranışlara və sairlərə alışmamasını və tənbəlləşməsini təmin edən amildir. Dəyişiklik etmək geniş məna daşıyır. Siz əgər “masa başı” bir işdə çalışırsınızsa, ən alt katmana ensək ilk olaraq masanızın dizaynını ən azı həftədə bir dəfə dəyişməyiniz lazımdır ki, görüntü olaraq fərqlilik sizə fərqli ortam hissi versin. Həmçinin çox kiçik detalları belə kompyuterinizin divar kağızını, əşyaların düzülüşünü, masanızdakı rəsmin belə yenisiylə, fərqli bir rəsimlə dəyişmək sizə xoş təsir bağışlayacaqdır.

Gəzintilərə qatılın vəya rəhbər isəniz gəzinti təşkil edin

Rutin işin yorğunluğundan qurtulmağın ən zovqlü və əyləncəli yollarından olan gəzinti, sizə işlə əlaqəli bütün düşüncələr, kayqılar, sıxıntıları unutduracaqdır. Bu səbəblə əgər rəhbər isəniz, kollektivinizdə işçilərin yorulduğunu və işlərin yolunda getmədiyini və də ən əsas personallarda və komandanızda motivasiyanının azaldığını gördüyünüz zaman, dərhal plan tərtib edin və həftə sonu əyləcəli gəzinti təşkil edin. İnanın ən pis halda piknik belə etsəniz, bu komandanızda komanda birlik olma hissini stimullaşdıracaq, personal heyyətinizdə isə yorğunluğu azaldmış olacaqdır.

Əgər çalışan isəniz və olduğunuz yerdə buna şərait yoxdursa, şəxsi hesabınıza həftə sonu gəzintiyə çıxın. Bu ailəvi gəzintidə ola bilər. Ölkədaxili kiçik turlara qatıla bilərsiniz. Bu sayədə işin ağırlığını azalda bilərsiniz. Ailənizə zaman ayırmaq və ya yeni insanlarla tanış olmaq, sizə xoş təsir bağışlayacaq.

Musiqi dinləyin

Musiqinin sadəcə frekanslardan ibarət olduğunu düşünməyin. Musiqi həm motivasiya qaynağı, həm də hüzün, sevinc kimi duyğuları özündə birləşdirən məhvumdur. Musiqi ilə çalışmaq əsasən fiziki işlərdə uğur gətirir, lakin zehni əmək sərf edərkən də musiqi ilə verimlilik əldə edə bilərsiniz. Bu təcrübəni çinli iş adamı öz kiçik müəssisəsində tətbiq etmişdir. beləki, bir qrup işçinin 1 saata istehsal etdiyi məhsulları eyni işçilərə bu dəfə musiqi ilə çalışdıraraq, həmin məhsulun təxminən 2 qatı qədərini istehsal etmişlər. Çünki musiqi ritmləri daha sürətli olmağa və ritmik çalışmağa sövq edir ki, bu da verimliliyi artırır. Monotonluq hiss etdiyiniz zaman qulaqlıqlarınızı çıxararaq, sevdiyiniz musiqini dinləyin. Bu sizə daha rahat  hiss etdirəcəkdir.

İdmanla məşğul olun

İşdən kənar həyatınızda idmanla məşğul olun və ya evə qayıdarkən mümkün qədər  piyada gəzməyə çalışın. Çünki idman beyninizə qanın daha rahat çatmasını təmin edir və bu da həm zehni əmək, həm də fiziki əmək zamanı verimliliyi 2 qat artırır.

Müəllif: Ruslan Kərimduxt

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...