Əsas səhifə Biznes Biznes məqalələri İşçiləriniz niyə işləmək istəmirlər?

İşçiləriniz niyə işləmək istəmirlər?

274

“Hələ vaxta var”, “bunu sabah da etmək olar”, “gözləyər” və s. kimi ifadələri tez-tez dilinə gətirən insanların sayı çoxdur. Çox güman ki, sizin əməkdaşlarınız arasında da belə insanlar var. Bu, vacib vəzifələrin lazımsız işlərlə əvəz edilməsidir. Məsələn, həkimin qəbuluna getmək əvəzinə dostlarımızla görüşürük, vacib layihənin üzərində işləmək əvəzində isə günümüzü sosial şəbəkələrdə keçiririk. Əslində, belə davranışdan irəli gələn fəsadlar, kifayət qədər ciddidirlər: psixoloji problemlər, sağlamlığın pozulması, işdən çıxarılma və s.

İşçiləriniz arasında müşahidə etdiyiniz “hər bir şeyi sonraya saxlamaq” tendensiyasını necə aradan qaldırmaq olar? Bu haqda daha ətraflı danışaq.

Koordinat sistemini yaratmaq

Xaotik şəkildə qəbul edilmiş qərarlar və “yanan” problemlərin həllini son ana qədər uzadılması, işçilərin öz vəzifələrinin yerinə yetirilməsini təxirə salmasına səbəb olur. Əslində, bu vərdişə hələ məktəb illərində yiyələnirik. Əgər məktəb illərini xatırlasanız, görəcəksiniz ki, həmin dövrdə motivasiya qismində yalnız qorxu və təqib hissləri çıxış edib. Birinci rübdə şagirdlər yay tətilindən sonra “özlərinə gəlirlər”, ikinci rübdə yeni il bayramını həvəslə gözləyirlər. Beləliklə, əsas güc üçüncü rübün payına düşmüş olur, çünki dördüncü rübdə hər kəsin fikri yenidən yay tətilində olur.  

Buna bənzər bir vəziyyət universitetlərdə də rast gəlinir və sonradan iş mühitinə keçir.

Dəqiq koordinatlar sistemi –  hər bir prosesə görə məsuliyyət daşıyan bir şəxsin olduğu bir strukturdur. Burada işçilər malik olduqları resursları və üzərinə qoyulan öhdəlikləri dəqiq bilirlər. Eyni zamanda, bütün vacib qərarlar yalnız bir insan tərəfindən qəbul edilir.  Belə bir yanaşma yeni filialların açılışı, pərakəndə mağaza və ya tikinti sektorunda fəaliyyət göstərən bizneslər üçün məqsədəuyğundur.

Prioritetləri müəyyən etmək

Əsas prioritetləri müəyyən edə bilməyən insanlar, işlərini sonraya saxlamağa daha çox meylli olurlar. İş mühitində prioritetlərin bir-birinə uyğun olmaması, kollektiv daxilində mübahisələrin yaranmasına səbəb olur. Belə ki, əməkdaşların bir hissəsi iş yoldaşlarını və rəhbərliyini ayağa vermək istəmirlər, digər hissəsi isə yalnız maddi faydanı güdürlər. Kimsə “əsgər yatır – xidmət gedir” prinsipini rəhbər tutur, kimsə isə işdən çıxarıla biləcəyindən qorxur.  Nəticədə, hər bir kəs yalnız özünə sərf edən işlərlə məşğul olur.

Yaxşı rəhbərin qarşısında duran əsas vəzifə, vahid dəyərlər əsasında qurulmuş korporativ siyasəti yaratmaq və yeritməkdir.  

Vəzifə və öhdəlikləri düzgün formalaşdırmaq

Çox vaxt həddindən artıq mürəkkəb və anlaşıqlı olmayan vəzifələr, işçilərin tənbəlliyinə və psixoloji yorğunluğuna gətirib çıxarır. Hər bir rəhbər ilk növbədə öz işçilərinin potensialını və peşəkarlıq səviyyəsini düzgün qiymətləndirməli, sonra isə əsas vəzifə və öhdəlikləri formalaşdırmalıdır.

Adətən yeni işçi yarım il ərzində şirkətin işinə tam olaraq adaptasiya ola bilir. Bu dövrdə yeni işçinin qarışısa qoyduğunu vəzifələr mümkün qədər sadə və anlaşıqlı olmalıdır. Təcrübəli əməkdaşlarınıza isə daha mürəkkəb vəzifələrin yerinə yetirilməsini tapşıra bilərsiniz.

Aylıq, rüblük və illik planlamanı da həyata keçirməyi unutmayın.

Rəhbərliyin səlahiyyətlərini yenidən nəzərdən keçirmək

Əgər hansısa işçi işdən çıxarılıbsa, bunun səbəbləri və tarixçəsi mövcuddur. Yaxşı olar ki, səbəbləri araşdıraraq gələcəkdə təcrübənizdə belə halların qarşısını alasınız.

Müasir biznesin fəlsəfəsi şaquli iyerarxiya deyil, üfüqi strukturlar üzərində qurulur. Əgər əvvəllər şirkətin rəhbəri əlimizdəki işarə barmağı idisə, indi artıq böyük barmağımızdır. O, nəzarətçidən müəllimə çevrilərək, əməkdaşlarının istedadını inkişaf elətdirməyə çalışır.

Eyni zamanda, kollektivdəki etimad və şəffaflıq atmosferi, korporativ mədəniyyət dəyərlər sistemi kimi, fəlsəfə və biznesin inkişafına ümumi baxış da böyük rol oynayır. Əgər şirkət öz əməkdaşlarına qarşı hörmət edərək onlara qayğı göstərirsə, əməkdaşlar da şirkətə bunların qarşılığını verəcəklər.

Ritmi tut və əks əlaqəni tap

Hər bir şirkət orkestrə bənzəyir, hər bir biznesin inkişaf sürəti var. Bu ritm, rəhbər tərəfindən korporativ tədbirlər vasitəsilə yaradılır. Bu, gündəlik görüşlər, iclaslar, video konfranslar və əks əlaqənin digər növləri ola bilər. Əks əlaqə – müntəzəmlik, sistemlilik və daimilikdir.

Bəzən əməkdaşların tənbəllik səbəblərindən biri də informasiya vakuumu ola bilər. Nəticədə, kollektiv şirkət daxilində baş verən proseslərdən məlumatlı olmurlar. Bu maneənin aradan qaldırılması üçün, biznes öz daxilində xüsusi informasiya məkanını formalaşdırmalıdır. Bu, ümumi korporativ “chat”, təqvim, lövhə və ya digər müasir vasitələr ola bilər.

Belə bir təcrübə bir çox İT şirkətlərində qəbul olunub, çünki adətən elə şirkətlərin əməkdaşları evdən çalışırlar. Klassik şirkətlərdə isə bu yanaşma komandaların işini sürətləndirmək və vaxtınıza qənaət etməyinizə kömək edəcəkdir.

Hər bir şirkətdə tənbəl işçilər var, bu kadrların düzgün seçilməsi məsələsidir. Müasir müvəffəqiyyətli biznes, canlı orqanizm prinsipi əsasında qurulur. O, mexaniki qanunlara və manipulyasiyalara deyil, insani münasibətlərə və sağlam düşüncəyə tabedir. Bu, yuxarıda qeyd etdiyimiz problemlərdən qaçmağıın yeganə yoludur.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here