İşçi kimi çalışdığı fabrikə ortaq olan iş qadını

Date:

Paylaş:

Atasının “Qız uşağı oxumaz” düşüncəsiylə ibtidai təhsildən sonra məktəbi yarıda qoyub ailəsinə dəstək məqsədilə 12 yaşında ayaqqabı fabrikində işə düzələn Arzu Levent işlədiyi fabrikə ortaq olub. Fabriki tək binadan 5 binaya, işçi sayını 10-dan 70-ə qədər artırsa da Arzu Leventin uşaqlıq arzusu hakim olmaq olub.

İşsizlik səbəbiylə 27 il əvvəl Gaziantepdən İzmirə köçən yoxsul bir ailənin 7 uşağından biri olan Arzu Levent ibtidai təhsilini əlaçı kimi başa vurub. Ancaq maddi sıxıntılar ucbatından ailəsi Arzunu məktəbdən çıxarmalı olur. İbtidai məktəb müəlliminin, ailəyə “Təhsil xərcləri mənə aiddir. Onun gələcəyini korlamayın.” xəbərdarlığına baxmayaraq atası razı olmayıb.

iş qadını

İşçi olaraq girdiyi fabrikin ortağı olur

12 yaşındakı Arzu Levent fabrikə işə düzəlir və işləməklə yanaşı xarici dil kurslarına gedir. Bir müddət sonra fabrikin ən yaxşı işçilərindən biri olur və satış müdirliyinə qədər vəzifəsi yüksəlir. İldə 300 min körpə, uşaq və gənc ayaqqabısı istehsal edən, 2 milyon dollarlıq dövriyyəni idarə edən, istehsalın yarısını ixrac edən, xaric sərgilərə gedən Levent, əzmi və çalışqanlığı ilə atasına qız uşaqlarının da ən az kişilər qədər qiymətli olduğunu göstərir.

Arzu Levent, ‘film kimi’ adlandırdığı hekayəsində baş rol oyunçusunun ‘əmi’ dediyi fabrik sahibi Mustafa Akkaşlı olduğunu söyləyərkən belə danışıb:

“O mənə inanmasa, güvənməsə heç bir şey edə bilməzdim. Səhv edəndə əsəbləşirdi amma uğurlarımı da hər zaman mükafatlandırıb. İndi fabrikdə kassanın açarı məndədir. Mal alışı, satış idarəsi, mühasibat, hər sahə ilə mən məşğul oluram. Fabrikin boyasından daşına, işçilərin problemindən ixracata qədər hamısında əməyim və sözüm var.”

Müvəffəqiyyət hekayəsi yazan Arzu Levent bütün bunlara baxmayaraq uşaqlıq xəyalının arxasından gedib, universitetdə hüquq oxuyaraq hakim olmaq istədiyini söyləyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...