İş yeməyi zamanı etiket qaydaları

Date:

Paylaş:

Business Insider internet nəşriyyatı uğurlu və məhsuldar iş naharının sadə, lakin vacib qaydalarının siyahısını müəyyən etmişdir.

1. Səhər yeməyi, nahar, şam yeməyi və qəhvə

İlk öncə onu demək lazımdır ki, “iş naharı” artıq günorta ilə məhdudlaşmır. Nahar fasiləsi vaxtı danışıqların həyata keçirilməsi ənənəsi hələ bir neçə il bundan qabaq, iş gününün 9:00-dan 17:00-a qədər olduğu vaxtlardan yaranıb. Hazırda isə iş mühiti gecə-gündüz, istirahət günləri olmadan (24/7) fəaliyyət göstərir. Bir çox biznesmenlərin artıq yadında deyil ki, onların nə vaxtsa səkkiz saatlıq iş günü və ya rahat istirahət günləri olub. Bu isə o deməkdir ki, iş naharı günün istənilən saatı (səhər, günorta və axşam) həyata keçirilir.

2. Müzakirə olunacaq məsələlər və məqsəd

İş görüşməsi qida qəbulu zamanı baş verirsə, onda siz çox asanlıqla görüşün əsl mahiyyətindən yayına bilərsiniz. Dadlı yemək və içkilərə baxmayaraq, hər zaman yadda saxlamaq lazımdır ki, bu iş görüşməsidir. Uyğun olaraq, iş görüşməsi üçün müzakirə olunacaq məsələlər və çatılması vacib olan məqsədi müəyyənləşdirin.

3. Bu sadəcə olaraq biznesdir, şəxsi bir şey yoxdur.

Qida qəbulu rahatlıq və məmnunluq hissi yaradır. Lakin bizə komfortlu olduğu zaman, biz görüşün məqsədini yaddan çıxara bilərik və hətta vəziyyət o yerə çata bilər ki, biz iş tərəfdaşımızı yaxın dostumuz kimi qəbul edə bilərik. Növbəti iş naharı zamanı bunu yadda saxlayın. Əlbəttə görüşü nisbətən “yumşaq söhbətlərdən” başlamaq olar, lakin bu zaman çox dərinliklərə getməməli və şəxsi məsələlərin müzakirəsinə yol verilməməlidir. Hər şey yalnız biznesə aid olmalıdır. Sizin müzakirə edəcəyiniz məsələlər siyahınız və məqsədiniz var. Lakin qeyri-formal mövzular məqsədə çatmaqda sizə kömək edəcəksə, ondan istifadə edin.

4. Alkoqollu içkilərdən istifadə etməyin

İş gününün ortasında qəbul edilmiş alkoqollu içki qədər heç nə insanın özünə inamını məhv edə bilməz. Stol arxasında qədəh vurmaqla aparılan keçmiş ənənəni biznes görüşlərini unudun. Alkoqol insanın potensialını və imkanlarını azaldır. Siz görüşü məhv etmək və qoyulan məqsədə çatmamaq istəyirsiniz? İş gününün yarısında alkoqol qəbul edən insan təsiri bağışlamaq istəyirsiniz? Əlbəttə ki, yox. Ona görə də alkoqola qəti şəkildə “yox” deyin.

5. Özünüzü mədəni aparın.

İş naharı elə bir yerə çevrilə bilər ki, pis davranış və tərbiyəsizlik iş münasibətlərinə neqativ təsir göstərsin. Siz heç özünü mağara adamı kimi aparan birisi ilə nahar etmisiniz? Belə insanlar, bir qayda olaraq yemək yediyi andaca danışır, nəticədə onun ağzından həmsöhbətin üzərinə kiçik yemək qırıntıları düşür. Hərdən onlar çəngəlini sizin boşqaba tərəf uzadaraq, soruşurlar: “Siz bunu yeməyə hazırlaşırsınız?” Əgər siz mədəni təsir bağışlamaq istəyirsinizsə, onda etiket kitabı alın və diqqətlə oxuyun.

6. Mobil telefonunuzu söndürün

İş yeməyi əsnasında telefonunuzun zəng çalması və sizin cavab verməyiniz yemək qaydalarını bilmədiyinizi göstərir. Bu davranışınız qarşınızdakı insanın zənginə cavab verdiyiniz şəxsin sizin üçün ondan daha önəmli olduğunu düşünməsinə səbəb ola bilər. Əgər telefonunuzun qapalı qalmaması zəruridirsə, telefonunuzu səssiz rejimə qoyun. Önəmli bir iş yeməyi sırasında siz və müştəriləriniz narahat olmaq istəməzlər.

7. Qoyun onlar danışsınlar

Söhbət zamanı kiminsə dayanmadan danışmasını heç kim xoşlamır. İnsanlar diqqətlə və maraqla dinləyənlərlə söhbət etməyi daha üstün tuturlar. Danışmaq əvəzinə daha çox dinləyin. Çox açıqlıqlara varmadan etibarlı insan təsiri bağışlayacaq qədər özünüz haqqında məlumat verin və daha sonra tamamilə həmsöhbətiniz üzərində diqqətinizi cəmləyin.

8. Davranış tərzi

Hər zaman restoran işçilərinə nəzakətli davranın, özəlliklə də ofisiantlara. Bəzi əksikliklərlə qarşı qarşıya qalsanız belə bu davranışınızı davam etdirin. Nümunə üçün, yeməyiniz soyuq servis edilmişdir və ya üzərinizə yemək sıçramış ola bilər. Duyğularınızı hər zaman nəzarətdə saxlayın.

9. Hesabı ödəyin

Görüşə dəvət edən insan bir qayda olaraq, hesabı da ödəməlidir. Uyğun olaraq, əgər siz iş görüşməsi həyata keçirməyi təklif etmisinizsə, onda ofisiant hesabı gətirdiyi andaca kredit kartını stolun üstünə qoyun. Bundan əlavə görüşün sonunda hətta zarafatla belə olsa da, xərcləri ödədiyinizi heç vaxt xatırlatmayın. Zarafat etdiyinizə baxmayaraq, həmsöhbətiniz bunu məzəmmət kimi qəbul edə bilər və növbəti dəfə sizinlə görüşmək istəməyə də bilər. Ən sonda isə onun deyə bilərik ki, əgər həmsöhbətiniz hesabı bütünlükdə və ya yarısını ödəməkdə təkid edirsə, onda etiraz etməyin.

banker

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...