İş tapmaq ümidi ilə gənc yaşda getdiyi Londonda illik 25 milyon dollarlıq dövriyyəyə sahib lüks restoranlar şəbəkəsi yaradan Öndər Şahan restoranlarda kadr problemi yaşadığı üçün 5 milyon dollar xərcləyərək dünyanın əhəmiyyətli maliyyə mərkəzi Canary Wharfda universitet də yaradıb.
Türk iş adamı Öndər Şahan 24 yaşında bir tanışının vasitəsilə Londona gəldiyini, uzun illər qabyuyan, ofisiant, aşbaz köməkçisi kimi işlədiyini söyləyir. Həmin dövrdə gündə 20 saat çalışdığı günlər olduğunu deyən iş adamı, əzmkarlığı sayəsində bir restoran şəbəkəsinin ümumi müdiriyyətinə qədər yüksəldiyini deyir. Öndər Şahan 2000-ci ildə müxtəlif işlərdə çalışan 4 yoldaşıyla birlikdə borca girərək “Tas Restaurant” adıyla ilk iş yerlərini açdıqlarını, bütün məsuliyyətini boynuna götürdüyü restoranın o il “Londondakı ən yaxşı vegeteryan restoranı” seçildiyini söyləyir. Fərqli tərzi, zəngin menyusu ilə də maraq çəkən restoranın qısa müddətdə məşhur olduğunu deyən Şahan, daha sonra ard-arda 8 restoran daha açdığını qeyd edir. Şahan Öndərin hazırda Londonda 15 restoranı, 400 işçisi var və illik dövriyyəsi 25 milyon dollara bərabərdir. Öndər “Uğurun sirri çalışmaq, zamanı yaxşı istifadə etmək və səbrdir. Bundan başqa insan öz qabiliyyətlərinin sərhədlərini də yaxşı bilməlidir. ” söyləyir.
Öndər Şahinin gənclərə tövsiyyəsi hansı görməklərindən aslı olmayaraq öz işlərini sevmələridir. Bundan başqa getdikləri yolda hər zaman əzmli və inadkar olmağın da insana böyük uğur qazandırdığını söyləyir.