İş qurmaq istəyirəm deyənlər üçün 10 məsləhət

Date:

Paylaş:

Hal-hazırda əksər insanlarda belə bir fikir formalaşıb ki, iş qurmaq üçün külli miqdarda vəsait lazımdır. Əslində isə biznesmenlərin əksəriyyəti öz bizneslərinə başlayarkən cəmi 1000 ABŞ dolları məbləğində kiçik bir vəsaitə sahib olduqlarını bildirirlər. Siz də onların sırasına qoşulmaq istəyirsinizsə, aşağıdakı məsləhətləri diqqətdən qaçırmayın.

1. İş qurmaq üçün ilk növbədə ideya olmalıdır. İdeya dedikdə insan beynində formalaşan hər hansı adi bir fikir nəzərdə tutulmur. Bu ideya sizdə işləmək həvəsi yaratmalı və sizi öz ardınca apara bilməlidir.

2. Yaradacağınız biznesin maliyyə perspektivlərini müəyyən edin.

3. İş qurmaq planınız barədə heç kimə məlumat verməyin. Sadəcə, işə başlayın.

4. İlk sifarişinizi qəbul edin – bu, sizin doğru yolda olduğunuzun göstəricisidir.

5. Hər bir müştəri ilə yaxından maraqlanın, onun üçün daha nə edə biləcəyinizi düşünün.

6. Səbrli olun. Yaxın 2 il ərzində heç bir istirahət və tətil olmadan işləməyə hazırlıqlı olun.

7. 3 il ərzində bütün pullarınızı dəyərli əşyaların satın alınmasına deyil, biznesin inkişafına sərf edin.

8. Əməkdaşlarınızı müstəqil şəkildə seçin. Bu seçimə özünüz qərar verin.

9. Səhərdən axşama qədər çalışın.

10. Unutmayın ki, məğlubiyyət sizi zamanla zəif birinə, uğur isə güclü şəxsiyyətə çevirə bilər. Heç vaxt məqsədinizə nail olmaq üçün əlinizdən gələni əsirgəməyin.

biznes ideyalari

biznes plan numunesi

en yaxsi biznes

kicik biznes

pul qazanmaqin yollari

kicik biznes qurmagin yollari

biznes ideyasi

evde pul qazanmagin yollari

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...