Sizin ev işlərinizlə və daha yaxşısı biznes tapşırıqlarınızla süni intelekt əsasında yaradılmış köməkçiniz məşqul olursa, gələcək daha da parlaq olar. Hazırda isə ixtiraçılar komandasının sahibkarın həyatını asanlaşdıracaq tətbiqin yaradılmasına başları qarışıb. Fins.az sizə biznesmenə faydalı olan 5 maraqlı proqram seçib.
atWork
Məqsəd: iş vaxtının izləməsi
Qiyməti: pulsuz
Bu tətbiq sizə iş vaxtını və saatını görə əmək haqqını hesabamaqda kömək edəcək. Proqram saatnan işləyən frilanser və bossların həyatını asanlaşdıracaq. Burada konkret müştəri və vaxta uyğun olaraq orta əmək haqqıvə əlavə iş dəyərinə də baxmaq olar. Məlumatları e-poçta,“Excel” və ya “Numbers”-a ixrac etmək, “Dropbox”-da pdf-fayl formatında saxlamaq və yaxud çap etmək olar.
Manat converter
Məqsəd: manatın əsas valyutalara qarşı olan məzənnəsi, neftin və qiymətli metalların qiyməti
Qiymət: pulsuz
Azərbaycan Mərkəzi Bankının təyin etdiyi valyutaların kursunu əks etdirən rahat və funksional tətbiqetmə.
Documents 6
Məqsəd: fayl meneceri
Sənədlərlə ultra-savadlı iş üçün tətbiqetmə. Proqram e-ünvandan tətbiqləri yükləmək və “save” etməyə, brauzerin səhifələrini izləmək, kitabları internetə çıxış olmadan oxumağa imkan verir. Proqram pdf və zip-arxivlərdən tutmuş mp3-dək, film və fotoşəkillər daxil olmaqla bir çox formatları tanıyır. Əsas üstünlüyü məlumatı bir yerdə toplayaraq Dropbox, Google Drive, iCloud kimi bulud saxlamaları ilə asan inteqrasiya olunmasıdır. “Drag and Drop” texnologiyası faylları papkalar arasında bir toxunma ilə köçürmək qabiliyyətindədir.
Business Card Reader
Məqsəd: vizit kartlarının skan edilməsi və kontaktların idxalı
Qiymət: pulsuz
Ağıllı skaner biznes-kartın şəklini cəkəcək, telefonu format edəcək və əsası ordakı məlumatı smartfonunuzdakı kontaktlara köçürəcək. Tətbiq 25 dildə mövcuddur və Facebook/Linkedİn kimi sosial şəbəkələrdə əlavə məlumat toplaqmağa kömək edir.
Biznes ədəbiyyat: kitablar və audiokitablar
Məqsəd: professional və şəxsi inkişaf
Qiymət: pulsuz
Bill Geyts və Riçard Brenson kimi tanınmış milliarderlər kitab oxumağı ən vacib iş sayır. Bu tətbiqdə marketinq, HR, maliyyə, özünü inkişaf və tanınmış biznesmenlərin bioqrafiyası üzrə minlərlə kitablar var. Nəyi oxuya bilməsəniz, qulaq asa bilərsiniz.
İngilis dilini öyrənmək üçün ən yaxşı mobil tətbiqlər