İş adamı yoxsa fırıldaqçı?

Date:

Paylaş:

Peter Foster 2007-ci ildə fırıldaqçılıqla iddiham edilib və Avstraliyanın bir həbsxanasında ona 4,5 il həbs cəzası verilib.

Bir Mikroneziya bankından 130 min sterlinq kredit götürüb daha sonra bu pulu kredit kartlarının borcu üçün istifadə edən Foster, əvvəllər də saxta arıqlama məhsulları satmaq və saxta sənəd düzəltdiyinə görə həbsxanada yatıb.

Foster cəmi 15 yaşında olanda oyun aparatlarını kirayə verərək pul qazanırdı. 17 yaşında isə dünyanın ən gənc boks meneceri idi. 20 yaşında saxtakarlıq edərək sığorta şirkətindən təzminat istədiyi üçün həbs edilə bilərdi ancaq sərbəst buraxıldı.

Daha sonra Məhəmməd Əli ilə birlikdə onun həyatını izah edən bir sənədli film çəkdi.

Sonralar Bai Lin adlı bir pəhriz çayı satmağa başladı. Çayın satışı üçün York Sarah və dövrün məşhur manikeni Samantha Foxu belə razılığa gətirmişdi. Bu çay Chelsea futbol komandasının sponsoru da olmuşdu. Samantha Fox, Foster üçün daha sonra bunları demişdi: “Təbii ki sonradan alçaq biri olduğu ortaya çıxdı amma onunla tanış olduğum ilk zamanlarda mənə həyat dərsləri verən düzgün bir iş adamı idi.”

1996-cı ildə bu çaya görə həbs edildi ancaq 9 aydan sonra sərbəst buraxıldı. Sonrakı illərdə bir müddətlik İngiltərədə yaşamağa davam etdi.

Daha sonra bir qız dostunun vasitəsilə İngiltərənin baş naziri Tony Blairin həyat yoldaşı Cherie Blair ilə tanış oldu. Cherie Blair bir müddət sonra Fosteri “maliyyə məsləhətçisi” kimi təyin etdi.

Foster daşınmaz əmlakla bağlı fırıldaqçılıq etdiyinə görə Cherie Blair 2002-ci ildə Fosterin fərdi maliyyə işləriylə əlaqəsi olmadığını rəsmi olaraq bildirdi.

Foster bütün bu fırıldaq işlərinə görə sonda Fici adalarında polislər tərəfindən yaxalandı və Avstraliyada həbs edildi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...