Əsas səhifə Biznes İş adamı Fərhad Əhmədov da prezidentin çağırışına cavab verib

İş adamı Fərhad Əhmədov da prezidentin çağırışına cavab verib

43
Paylaş

Prezident İlham Əliyevin ölkədə koronavirusla mübarizəyə dəstək üçün yaratdığı xüsusi Fonda biznes subyektləri, sahibklarlar tərəfindən ianələrin köçürülməsi kampaniyası sürətlə genişlənir…

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov da prezidentin çağırışına qoşularaq bu kampaniyaya dəstək olub. Belə ki, iş adamının sahibi olduğu “AzNar” QSC həmin fonda 1 milyon manat vəsait köçürüb.

Fərhad Əhmədovun bununla bağlı yaydığı bəyanatda deyilir: “Azərbaycan da bütün dünya ölkələri kimi COVİD-19 koronavirus pandemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətlə üzləşib. Ölkə rəhbərliyi qətiyyət və uzaqgörənlik nümayiş etdirərək ölkənin həyat əhəmiyyətli maraqlarının müdafiəsi və onun vətəndaşlarının qorunmasına yönəlmiş preventiv xarakterli kompleks tədbirlər həyata keçirir. Bu gün bütün xalqın səylərinin təhlükəli xəstəliyin yayılmasına qarşı mübarizəyə cəmləşdirilməsi heç vaxt olmadığı kimi zəruridir. O cümlədən bu gün biznesin də sosial məsuliyyət nümayiş etdirməsi heç vaxt olmadığı kimi zəruridir. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin çağırışını dəstəkləyərk T. Əhmədov adına “AzNar” QSC-nin Direktorlar Şurası koronavirusla mübarizəyə dəstək Fonduna 1 milyon manat vəsaitin köçürülməsini qərara alır”.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Biznesmen Fərhad Əhmədov bundan əvvəl də Azərbaycanda geniş xeyriyyəçilik fəaliyyəti həyata keçirib, o cümlədən manatın iki dəfə devalvasiyaya məruz qalması ilə bağlı yaranan iqtisadi böhran zamanı “AzNar” QSC-nin işçilərinin bütün kredit borclarını ödəmişdi.

virtualaz.org