Əsas səhifə Xəbərlər “İşəgötürənlərin öz tələblərini konkretləşdirməyə ehtiyac var”

“İşəgötürənlərin öz tələblərini konkretləşdirməyə ehtiyac var”

233
Paylaş

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxış edən UNEC rektoru, professor Ədalət Muradov müasir əmək bazarında sürətlə dəyişən prinsiplərə və meydana çıxan yeni yanaşmalara diqqət çəkib.

Universitetdən verilən məlumata görə, IV sənaye inqilabında unifikasiya edilmiş kütləvi tələbin fərdiləşmiş tələb ilə əvəzolunduğunu və bunu reallığa çevirən çevik texnologiyaların tətbiqinin “creativ” və innovativ mütəxəssislərə tələbin artırdığını qeyd edib.

Rektor bildirib ki, postsənaye cəmiyyətində karyera anlayışı da ənənəvi mahiyyətini dəyişməkdədir. Belə ki, karyera anlayışı hazırda işçinin konkret bir şirkətə ömür boyu xidmət etməsi deyil, həmin işçinin peşəkarlıq keyfiyyətinin yüksəldilməsini əks etdirir.

Rektor onu da qeyd edib ki, UNEC öz məzunlarına görə məsuliyyəti öz üzərində saxlayır. İş dünyasına təqdim edilən “UNEC2B” platforması çərçivəsində işəgötürənlər məzunları işə götürdüyü halda universitet üç il ərzində “servis xidməti”ni təklif edir. Həmçinin, iş müsahibəsi zamanı UNEC-in yuxarı kurs tələbələrinin zəif cəhətləri aşkar olunarsa, məzun olana qədər həmin zəifliyinin aradan qaldırılmasını da UNEC öz üzərinə götürür. Bundan başqa job.unec.edu.az portalı yaradılmış və bu virtual əmək birjası tələbələrlə işəgötürənlər arasında effektiv kommunikasiya rolunu daşıyır.

UNEC rektoru əmək bazarının tələblərinə çevik və adekvat cavab vermək üçün distant təhsilin aktuallığını xüsusilə vurğulayıb. UNEC-də yaradılan ən müasir distant təhsil infrastrukturu işəgötürənlərin hər hansı təlim ehtiyacını qarşılamağa tam qadirdir. Belə ki, işçilər öz iş yerlərindən ayrılmadan UNEC-də distant təlimlərə qoşula və dünyaca nüfuzlu mütəxəssislərin cəlb olunduğu dərslərdə iştirak edə bilərlər.