Əsas səhifə Biznes İşəgötürənlər biznesin avtomatlaşdırılması prosesini sürətləndirirlər

İşəgötürənlər biznesin avtomatlaşdırılması prosesini sürətləndirirlər

9
Paylaş

Dünyada, məlum koronavirus böhranı səbəbindən daha da ağır problemlərin olacağını gözləyən işəgötürənlər buna hazırlıqlı olmaq üçün bizneslərinin avtomatlaşdırılması planını sürətləndirməyə başlayıblar.

 Bu barədə Guardian yazır.

Artıq 45 ölkədən olan şirkət rəhbərlərinin demək olar ki, yarısı bu prosesə başlayıb.

Aparılan araşdırmada sahibkarların 41%-inin pandemiyadan dərhal sonra işə başlaya bilmək üçün artıq buna vəsait qoyduqları məlum olub. Əksər biznes nümayəndələri də  pandemiya bitəndən sonra şirkətlərinin rəqəmsallaşmasına investisya yatıracaqlarını deyiblər.

Robotlaşdırma prosesi ilk növbədə kütləvi ticarət və hazır qida şəbəkələri sahələrində olacaq. Ardınca özünəxidmət kassaları da tədricən canlı insanları əvəz edə bilər. Bundan başqa, kənd təsərrüfatı və xidmət sahələrini də rəqəmsallaşma gözləyir.

Qeyd edək ki, bu, artıq, insanların işsiz qalması ilə nəticələnib.