Əsas səhifə Biznes Biznes məqalələri Ironman iqtisadiyyatı IPO ərəfəsində: triatlon yarışı təşkilatçılarının qazancı

Ironman iqtisadiyyatı IPO ərəfəsində: triatlon yarışı təşkilatçılarının qazancı

103
Ironman
Ironman

İtkilərin öhdəsindən necə gəlirlər.

Ironman yarış təşkilatçısına məxsus Wanda Sports IPO keçirməyi və holdinq daxilində borcların bağlanmasına vəsait ayırmağı planlaşdırır. Moody’s agentliyi şirkət daxilində Ironman-ın borcunu 271 milyon dollar qiymətləndirir.

Ironman-in tarixi

Ironman yarışı ideyası 1977-ci ildə Havay adalarında, yerli idmançılar arasında yaşanan mübahisə nəticəsində yaranıb. Üzgüçülər, velosipedçilər və atletlər aralarından kimin daha dözümlü olmasını müəyyən etmək istəyiblər.

Bu suala cavab tapmaq üçün dəniz məmuru John Collins və onun həyat yoldaşı Judy üzgüçülüyü, velosiped və marafon yürüşünü bir yarışda birləşdirmək qərarına gəldilər. Beləcə, 1978-ci ilin fevralında ilk Ironman yarışı keçirildi.

Yarışın qaydalarına görə, iştirakçılar 4 km-ə qədər üzməli, 180 km. velosipedlə getməli və 17 saat ərzində təxminən 42 km. qaçmalıdırlar və finiş gecə yarısı bağlanır.

Elə həmin il John Collins yarışın keçirilməsi hüququnu havay  fitnes-klubunun sahibkarları Hank Grundman və onun yoldaşı Valerie Silk-ə ötürdü. 1981-ci ildə , onların  boşanmasından sonra Valerie, Ironman yarışları təşkili biznesinin (Hawaii Trathlon Corporation) tamhüquqlu sahibkarı oldu.

1983-cü ildə yarışda 1000-dən çox adam iştirak etdi – ərizələrin ümumi sayının yarısı.1985-ci ildən yarışlar ABŞ hüdudlarından kənarda – Yeni Zellandiyada və Yaponiyada keçirilməyə başlandı.

Və həmin vaxt yarışın uşaqlar üçün olan versiyası da meydana gəldi – IronKids. Burada 6 yaşından 15 yaşına kimi olan uşaqlar iştirak edə bilər.Yarışın şərtləri gənc triatlonistlərin daxil olduğu yaş qrupundan asılıdır.

1989-cu ildə oftalmoloq James Jill Ironman brendini 3 milyon dollara aldı, 1990-cı ildə isə World Triathlon Company (WTC) şirkətini qurdu. Onun məqsədi idmançılar arasında triatlonu məhşurlaşdırmaqdan ibarət idi.

Yarış iştirakçıları üçün mükafat fondunu genişləndirmək və triatletlərin peşə yüksəlişinə imkan yaratmaq üçün WTC Ironman World Series-i təqdim etdi –  Ironman iştirakçıları arasında dünya çempionatının oxşarı. Yarış on aya yaxın davam edir və 21 yarış keçirilir,onlardan 13-ü beynəlxalq olur. 2019-cu ilin final sınağı oktyabrda Havayın Kon şəhərində keçiriləcək.

2006-cı ildə WTC, yeni Ironman 70.3 istiqaməti iştirakçıları  arasında dünya çempionatı keçirməyə başlayıb. Bu məsafə əsas marşrutdsn iki dəfə qısadır.

2008-ci ildə Providence Equity amerikan investisiya şirkəti Ironman-i qeyri-müəyyən məbləğə alır. Lakin The New York Times məlumat verib ki, əməliyyatın dəyəri 50-80 milyon dollar təşkil edib.

2015-ci ildə Çinin investisiya konqlomeratı Wanda Group, WTC brendini Providence Equity-dən satın alır. O zaman Ironman-in borclarının olması məlum oldu. The Wall Street Journal-ın məlumatına görə əməliyyatların ümumi məbləği 900 milyon dollar olub: şirkətin dəyəri 650 milyon dollar, borc isə 250 milyon dollar.

WTC, Infront Sports & Media marketinq şirkəti, Evertop Sport Culture Media televiziya yayımı brendi, Competitor Group marafon təşkilatçısı və digər çox da iri olmayan brendlərlə birlikdə Wanda Sports-un bir hissəsi oldu.

2019-cu ilin iyununda  Wanda Sports IPO üçün sənədlərini verdi.

Ironman nədən qazanır

Ironman
Ironman

Ironman auditoriyasının hədəfi yüksək təhsilli və illik 174 min dollara yaxın gəlirli iştirakçılardır. Auditoriyanın orta yaşı 40-dır.

Birja və qiymətli kağızlar üzrə Komissiyaya təqdim edilmiş sənədlərə əsasən Ironman-nin (WTC) gəliri Wanda Sports-un 320 milyon dollarlıq ümumi gəlirinin təxminən 29%-ni təşkil edir. Triathlete yazır ki, triatlon yarışlarından gələn gəlir 2016-cı ildən 2018-ci ilə qədər dəyişməz olaraq qalıb və 91,9 milyon dollar təşkil edir. Bununla belə Moody’s -in məlumatına görə 2016-cı ildə o, 202 milyon dollar olub.

İlkin ödənişlər. Ironman yarışına ilin ödəniş qiyməti 650 dollar, Ironman 70.3 yarışına isə 300 dollardır. Bir tədbirdə 2500-3000 atlet iştirak edir. 2015-ci ilə olan məlumatlara görə şirkət ildə 250-dən çox  yarış təşkil edir. Fortune yazır ki, ilkin ödənişlərdən əldə olunan gəlir şirkətin gəlirlərinin təxminən yarısını təşkil edir.

Ironman və Ironman 70.3 ilə yanaşı şirkət qısa triatlon kursları, qaçış marafonları, sayklinq yarışları və multiidman festivalları təşkil edur. İştirakın qiyməti hər tədbirdən ayrıca asılıdır.

Onlayn-universitet. Ironman University-nin dəqiq yaranma tarixi bilinmir. Platforma məşqçilər və atletlər üçün kurslar təklif edir. Saytdakı məlumata əsasən, insanları Ironman-da iştirak etməyə hazırlamaq üçün 699 dollara 14 saatlıq məruzə kursu keçirilir. FAQ-a əsasən, əgər hətta məşqçi statusu olarsa belə, şəxsə Ironman Coach Association-a daxil olmaq üçün təhsil almaq lazım gəlir.

Müşaiət edən proqramlar.2009-cu ildə şirkət Ironman  Executive Challenge proqramını təşkil edir. O, Ironman tədbirlərində iştiraka zəmanəti, idmançılara VIP xidməti, fərdi məşqləri və s.təklif edir. Proqramın dəyəri 9000 dollardır. İştirakçıların sayı hər tədbirə görə dəyişir və orta hesabla onların sayı 10-25 nəfər olur. Onların da yarısı şirkətlərin rəhbərləridir.

Sponsorluq. Şirkətin 22-dın çox sponsoru var.Tərkibləri ölkəyə görə dəyişir.2018-ci ildə WTC-nin titullu tərəfdaşı Amazon olub, 2019-cu ildə isə Vega olub. Kontraktların məbləği açıqlanmır.

Triahlete yazır ki, Wanda Sports-un ümumi sponsor gəlirləri təxminən 78,3 milyon dollardır. Həmçinin , idman tədbirlərinin keçirildiyi şəhərlər də 28,8 milyon dollar ödəyirlər.

Ironman-in borcları

Hələ 2015-ci ildə Wanda Group Ironman-i aldıqdan sonra şirkətin 250 milyon dollar borcu olur, səbəbləri isə bilinmir. Xərclərin əsasını mükafat fonduna və tədbirlərin təşkilinə verilən ödənişlər təşkil edir.

Mükafat fondu. Mükafat fondunun həcmi konkret tədbirdən asılıdır – 5000 dollardan 40 min dollara kimi. Kon şəhərində keçirilən final yarışmasında qələbəyə görə iştirakçı 650 min dollar qazanacaq.

Tədbirlərin keçirilməsinə çəkilən xərclər. Bu xərclər barədə şirkət məlumat vermir. Buna baxmayaraq, Moody’s hesabatında bildirilir ki, şirkət hal-hazırda itkilərlə işləyir. 2018-ci ilin avqustunda WTC özünün 271 milyon dollar borcunu yenidən maliyyələşdirməkdən imtina edib.

Bununla belə reytinq agentliyi brendin vəziyyətini stabil qiymətləndirib. Və buna əsasən Moody’s, brendin yaxın vaxtlarda gəlirinin artacağını proqnozlaşdırıb.

Ironman və Wanda Sports-a IPO nəyə görə lazımdır

Ironman-in daxil olduğu Wanda Sports hal-hazırda IPO-ya  təxminən 500 miluon dollar ödəmək fikrindədir. Brendin uğuru potensial investorlar arasında nə dərəcədə tanınmasından asılıdır. Ironman-in flaqman brend kimi tanınması düzgün strategiya kimi qiymətləndirilir.

IPO-dan sonra əldə edilən gəlirin yarısı ilə brend, borcu bağlamağı düşünür. Bloomberg yazır ki,şirkətin xalis mənfəəti keçən illə müqayisədə 31% düşüb və 1 milyard dollar gəlir fonunda 61 milyon dollar təşkil edib.

Rəy bildir

Please enter your comment!
Please enter your name here