Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Ironman” 1 mlrd. dollara satıla bilər

“Ironman” 1 mlrd. dollara satıla bilər

19
Paylaş

Çinin idman tədbirlərinin təbliğatı ilə məşğul olan “Wanda Sports Group” şirkəti özünün “Ironman” biznesini satmaq qərarına gəlib. Bu barədə mənbələrə istinadən Bloomberg yazır.

Qeyd edək ki, “Ironman”, illik beynəlxalq triatlon yarışlarının keçirilməsi ilə məşğuldur.

Milyader Wang Jianlin-ə məxsus olan “Wanda Sports Group” şirkəti “Ironman” brendini 2015-ci ildə 650 mln. dollara alıb, 1 mlrd. dollara isə satmaq istəyir. Bunun üçün şirkət potensial alıcılarla danışıqlar aparır. Lakin “Wanda Sports Group” şirkətinin çoxlu borcu olduğuna görə, artıq Peşəkar triatletlər təşkilatı onu almaqdan imtina edib. Digər mümkün alıcılar barədə isə məlumat yoxdur.

Xatırladaq ki, 2019-cu ildə Nyu-York fond birjasına çıxandan sonra “Wanda Sports”un bazar kapitalizasiyası 409 mln. dollara düşüb. 968 mln. dollar həcmində ümumi borcu nəzərə alanda “Wanda Sports Group” təxminən 1,2 mlrd. dollar edir.

“Wanda Sports” nümayəndəsi rəy bildirməkdən imtina edib. Müzakirələr davam edir və şirkət, “Ironman”ı satmaqdan imtina da edə bilər.