İri dərman şirkəti “Johnson & Johnson” 572 milyon dollar təzminat ödəyəcək

Date:

Paylaş:

ABŞ-ın Oklahoma ştatı, ştatdakı “opiat” (morfin və heroin) böhranında rolu olduğu səbəbilə iri dərman şirkəti “Johnson & Johnson”a açılan cinayət işində 572 milyon dollar təzminat qazanıb.

Oklahomaya bağlı Klivlend bölgəsinin hakimi, “Johnson & Johnson”a əyalətin ən böyük “opiat” böhranına səbəbkar olduğuna görə cinayət işinin nəticəsini açıqlayıb.

Məhkəmənin qərarı ilə “Johnson & Johnson” ştata 572 milyon dollar təzminat ödəməyə məhkum edilib.

Bu məhkəmə, ABŞ-ın bir çox əyalətinin dərman şirkətlərinə “opiat” böhranı barədə açılmış cinayət işlərindən ilk başa çatandır.

Xaşxaşdan əldə edilən bir dərman qrupu olan “opiat”lar, həm ağrıkəsici, həm də narkotik kimi istifadə edilir.

İddialara görə, şirkətin ağrıkəsən maddələri nəinki ağrını kəsməkdə kömək edib, həm də pasiyentlərin narkotika aludəçisinə çevrilmələrinə səbəb olub.

“Johnson & Johnson” məhkəmənin qərarından şikayət vermək niyyətindədir.

Əsası 1886-ci ildə qoyulmuş “Johnson & Johnson”, dərman, kosmetik və sanitariya-gigiyena malları üzrə dünyada ən iri istehsalçılardan biridir. “Janssen” əczaçılıq şirkəti “Johnson & Johnson” (J&J) qrupuna daxildir.

“Johnson & Johnson”un istehsalı olan uşaq “prisıpka”larının xərçəng xəstəliyi yaratdığı iddia olunur. Ötən ilin iyulunda Missuri ştatında məhkəmə “Johnson & Johnson”u bu iddialara görə açılmış cinayət işi üzrə 4,69 mlrd. dollar təzminat ödəməyə məhkum etmişdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...