Əsas səhifə Biznes sahələri Texnologiya İranlı iş adamı Uberin rəhbəri oldu!

İranlı iş adamı Uberin rəhbəri oldu!

743
Paylaş

“Uber Technologies Inc.” şirkətinin yeni baş direktoru nəhayət, bəlli olub.

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu vəzifəyə 48 yaşlı iş adamı Dara Xosrovşahi təyin olunub. O, “Expedia” online turizm şirkətinin rəhbəri idi.

D. Xosrovşahi bu vəzifəyə 3 namizədin arasından seçilib. Əvvəlcə ilk namizəd – “General Electric”in sabiq rəhbəri Ceffri R. İmmelt kifayət qədər dəstək qazana bilmədiyi üçün namizədliyini geri götürüb. Sonra sıra “Hewlett Packard Enterprise”ın rəhbəri Meq Uitmenə gəlib. Lakin M. Uitmen “Uber”in Direktorlar Şurası ilə şərtlərdə anlaşa bilməyib. Nəticədə vəzifə 3-cü namizəd – Dara Xosrovşahiyə qismət olub.

D. Xosrovşahi 1969-cu il təvəllüdlüdür. Onun ailəsi 1978-ci ildə İrandan ABŞ-a köçüb. D. Xosrovşahi mühəndislik ixtisası üzrə Braun Universitetini bitirib. O, 2005-ci ildən “Expedia” online mehmanxana turizmi şirkətinin baş direktoru və prezidenti vəzifəsində çalışıb. “Microsoft”un daxili layihəsi kimi fəaliyyətə başlayan “Exmedia” D. Xosrovşahinin rəhbərliyi dövründə illik gəlirini iki dəfə artırıb. 2016-cı ildə gəlir 8,8 milyard olar, xalis mənfəət isə 281,8 milyon dollar təşkil edib. Şirkətin bazar dəyəri 23 milyard dollardır.

Xatırladaq ki, “Uber”in əvvəlki rəhbəri Trevis Kalanik etimadı itirdiyi üçün investorların xahişi ilə bu il iyunun 20-də vəzifəsini tərk edib. O, hələ də Direktorlar Şurasının üzvü olaraq qalır.