Əsas səhifə Məqalələr Maraqlı Texnologiya milyarderinə qarşı cinayət işi açıldı

Texnologiya milyarderinə qarşı cinayət işi açıldı

570
Paylaş
Pavel Durov kontaktın yaradıcısı

Pavel Durov kontaktın yaradıcısı

İran Prokurorluğu “Telegram” messencerinin yaradıcısı Pavel Durova qarşı cinayət işi açıb.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli ISNA agentliyi məlumat yayıb.

Bildirilir ki, İranın ittihamı messencerin İŞİD terrorçuları arasında geniş yayılması, həmçinin messencerdən narkotik maddələr və insan alveri üçün istifadə olunması ilə əlaqədardır.

Durov ona qarşı açılmış cinayət işini “Twitter” mikrobloqunda belə şərh edib:

“Bu xəbər məni təəccübləndirdi. Biz İranda terrorçuları və pornoqrafik tərkibli məlumatları fəal şəkildə əngəlləyirik. Düşünürəm ki, real səbəb bu deyil”.

Onun sözlərinə görə, “Telegram” əməkdaşları hər gün pornoqrafik və terror mahiyyətli mindən çox kanal, proqram və çat bağlayır.