İqtisadiyyat Nazirliyi yanında Bakı Biznes Tədris Mərkəzi ləğv olunduğunu elan edib.
Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına bildirə bilərlər.
Bakı Biznes Tədris Mərkəzinin ləğv edilməsinin səbəbi məlum olub
Mərkəzin niyə ləğv edilməsinin səbəbi məlum olub.
Report-un əldə etdiyi məlumata görə, qurumun səlahiyyətləri nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə verilib.
Mərkəzin əməkdaşlarının ötən ilin sonuna yaxın yaradılmış bu yeni qurumda işlə təmin ediləcəyi gözlənilir.