İqtisadiyyat Nazirliyi sahibkarlıq fəaliyyətinə 5000-ci lisenziyanı verib

1
1050

İqtisadiyyat Nazirliyi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində sahibkarlıq fəaliyyətinə sayca 5 000-ci lisenziyanı verib.

“Report” nazirliyə istinadən xəbər verir ki, sənəd tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə “AMAL+A” MMC-yə təqdim edilib.

Qeyd edək ki, ölkə prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına uyğun olaraq, 2 noyabr 2015-ci il tarixindən İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlayıb. İndiyədək verilmiş lisenziyalar əczaçılıq, tikinti-quraşdırma işləri, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların quraşdırılması və təmiri, rabitə xidmətləri və s. sahələri əhatə edir.

1 COMMENT