Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İqtisadiyyat naziri: Azərbaycanda aqroparklarda illik 600 mln. manat məbləğində məhsullar istehsal olunacaq

İqtisadiyyat naziri: Azərbaycanda aqroparklarda illik 600 mln. manat məbləğində məhsullar istehsal olunacaq

335
Paylaş

2018-ci ilin sonunadək Azərbaycanda 12 aqropark istifadəyə veriləcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Hazırda 6 aqropark fəaliyyət göstərir. İlin sonunadək daha 12 aqropark istifadəyə veriləcək. Beləliklə, 2019-cu ilə qədər onların sayı 18-ə çatacaq”, – Ş.Mustafayev çərşənbə axşamı parlamentdə 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, aqroparklarda ASK məhsullarının istehsal həcmi illik 0,6 mlrd. manat səviyyəsində gözlənilir.

Xəbər verildiyi kimi, Azərbaycanda 192 min hektar ümumi sahədə 45 aqroparkın yaradılması planlaşdırılır. Bunun 28-i – bitkiçilik, 17-si – heyvandarlıq sahəsində fəaliyyət göstərəcək.